Logo
    main-post-cover

    Microsoft Surface Go 4 biznes planşeti təqdim edilib

    Elm & Texnologiya
    22.09.2023
    Emil
        Microsoft şirkəti Surface Laptop Go 3 noutbuku ilə yanaşı həmçinin Surface Go 4 adlı planşetini də təqdim edib. Bu yeni planşet biznes seqmentinə daxil olan planşetdir və o, Windows 11 vasitəsilə çalışır. Planşet flaqman texniki göstəricilərə sahibdir və üstəlik xüsusi aksesuarlar vasitəsilə noutbuka çevrilə bilir. Beləliklə Surface Go 4 planşeti 1920x1280 piksel keyfiyyətli 10.5 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Planşet Intel N200 adlı prosessor vasitəsilə çalışır və özündə LPDDR5 standartlı 8 GB RAM ilə 64/128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Surface Go 4 planşeti 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Microsoft-un sözlərinə əsasən bir dəfə şarj olunandan sonra sözügedən planşet 12.5 saat ərzində çalışa bilir. Planşet həmçinin özündə Dolby Audio dəstəkli səsgücləndiriciləri birləşdirir və onlardan hər biri 2 vatt gücündədir. Məlumatda qeyd edilib ki, Surface Go 4 adi mağazalarda satılmayacaq. Şirkətlər sözügedən planşeti öz əməkdaşları üçün gələn ayın əvvəlindən əldə edə biləcəklər.
     
    Paylaş
    Bənzər xəbərlər