main-post-cover

    Nokia 7 Plus-ın daha bir fotosu sızdırıldı

    Elm & Texnologiya
    16.02.2018
    Farid Pardashunas
    Bu ayın sonunda Barselonada keçiriləcək MWC 2018 tədbirində Nokia brendi altında yeni smartfon modellərinin təqdimatı baş tutacaq.
    Təqdim olunacaq smartfonlar arasında büdcəli Nokia 1, Nokia 9 flaqman modeli və keçən ilki Nokia 7-nin təkmilləşdirilmiş verisyası Nokia 7 Plus-ın olacağı gözlənilir. Dünən biz Nokia 7 Plus modelinin yayılmış yeni fotosu haqqında xəbər vermişdik. Lakin bu smartfon barəsində sızıntılar dayanmaq bilmir. Belə ki, Nokia 7 Plus-ın yeni fotosu sızdırılıb.

    Güman olunur ki, smartfon 18:9 nisbətində 6 inç Full HD+ ekrana sahib olacaq. Arxa tərəfdən isə cihaz şüşə panel ilə əhatə olunacaq. Smartfonun yuxarı və aşağı çərçivələri nazikdir. Buna görə də barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib. Bundan əlavə olaraq Nokia 7 Plus Snapdragon 660 posessoru, 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Onun Android One əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər