Logo
    main-post-cover

    Nothing-in CMF adlı subbrendi ilk məhsullarını nə zaman təqdim edəcək?

    Elm & Texnologiya
    29.08.2023
    Emil
        Nothing şirkəti bu ayın əvvəlində CMF adlı subbrendini təqdim etdi. Sözügedən subbrend yüksək keyfiyyətə və münasib qiymətə sahib məhsulların hazırlanması üçün nəzərdə tutulub. Dünən CMF-nın təqdim edəcəyi ilk məhsullar və onların satış qiymətləri barəsində məlumatlar ortaya çıxdı. Beləliklə CMF-nın ilk məhsulları arasında smart saat, naqilsiz qulaqlıq və şarj adapteri olacaq. İndi isə Nothing şirkətinin subbrendinin öz ilk məhsullarını nə zaman təqdim edəcəyi barəsində məlumat ortaya çıxıb. Məlumata əsasən sözügedən subbrend ilk məhsullarını 26 sentyabr tarixində keçirəcəyi təqdimat tədbirində sərgiləyəcək. CMF-nın öz ilk smart saatını, naqilsiz qulaqlığını və şarj adapterini məhz həmin tədbirdə təqdim edəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər