Logo
    main-post-cover

    Opera-ya yenilənmə gəlib. Dəyişikliklər nədən ibarətdir?

    Bir neçə müddət bundan öncə Çin konsorsiumu tərəfindən alınmış Opera brauzerinə "39” adlı yenilənmə gəlib.

    Technote.az-ın "Gagadget.com” portalına istinadən verdiyi xəbərə əsasən yenilənmə sayəsində indi brauzerdə ayrı-ayrı pəncərələrdə istənilən video formatı izləmək mümkündür. Xüsusi düyməyə klikləyərək istifadəçi video olan pəncərəni ekranın istənilən yerinə yerləşdirə bilər. Həmçinin artıq videonu bir kliklə aktiv və ya deaktiv etmək olar. Qeyd edək ki, sözügedən funksiya bu ilin may ayından beta-test rejimində idi və yalnız bir sıra saytları dəstəkləyirdi. İndi isə brauzerin yenilənməsi rəsmi şəkildə təqdim olunub. Videolar üçün nəzərdə tutulmuş ayrıca pəncərələr isə əksər saytlar və videoservisləri dəstəkləyir. Bundan əlavə olaraq yenilənmiş versiyaya start səhifəsinə redaktə olunması mümkün xəbər lenti və reklam bildirişlərinin deaktiv edilmə bölməsinə deaktiv siyahısı əlavə olunub. Opera 39 yenilənməsinin yaradıcılarının sözlərinə əsasən yeni versiyada Blink yaddaş meneceri optimallaşdırılıb. Buna görə də hər bir aktiv səhifə əvvəlkindən daha az yaddaş sərf edir.
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...