
Pokemon GO-nun yaradıcısı Snapdragon AR2 Gen 1 prosessoru əsasında AR eynəyini sərgləyib (VİDEO)
Elm & Texnologiya
18.11.2022
Emil
Bir vaxtlar məşhur olmuş Pokemon GO oyununun yaradıcısı olan Niantic şirkəti Snapdragon Tech Sumit 2022 tədbiri çərçivəsində artırılmış reallıq eynəyini təqdim edib. Təqdim edilmiş AR eynək Qualcomm-un yeni Snapdragon AR2 Gen 1 prosessoru vasitəsilə çalışır. Niantic tərəfindən təqdim edilmiş qısa videoda istifadəçilərin AR eynək vasitəsilə yaşadıqları oyun prosesi sərgilənib. Videodan da görmək olar ki, istifadəçilər sözügedən AR eynək vasitəsilə oyun elementləri, virtual lövhələr və naviqasiya markerləri ilə qarşılıqlı əlaqədə ola bilirlər.
Bununla belə istifadəçilərin bəziləri idarəetmə təchizatlarından da istifadə edirlər. Lakin videoda AR eynəyin çalışma prosesi çərçivəsində hansısa smartfonun istifadəsinə dair işarə yoxdur. Ola bilsin ki, smartfon AR eynəyə naqilsiz şəbəkə vasitəsilə qoşulub. Snapdragon AR2 Gen 1 prosessoru bu cür imkanı mümkün edir. Belə ki, prosessor Wi-Fi 7 standartının dəstəyinə sahibdir. Qualcomm-un sözlərinə əsasən bunun sayəsində AR eynək ilə ona qoşulu olan cihaz arasındakı siqnal gecikməsi cəmi 2 millisaniyə təşkil edəcək. Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon AR2 Gen 1 prosessoru əsasında cihaz istehsalını həmçinin Lenovo, LG, Xiaomi, OPPO və TCL kimi şirkətlər planlaşdırırlar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
