Qualcomm şirkəti artıq Snapdragon 865 flaqman prosessoru üzərində çalışır

Qualcomm şirkəti artıq Snapdragon 865 flaqman prosessoru üzərində çalışır

Texnologiya
11.04.2019 PAYLAŞIM

    Qualcomm şirkəti hələ keçən ilin dekabr ayında Snapdragon 855 flaqman prosessor modelini təqdim etmişdi. Lakin buna baxmayaraq şirkət artıq yeni flaqman prosessor üzərində çalışır. Bu barədə Winfuture saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə şirkətin yeni prosessoru barəsində ilk məlumatlar ortaya çıxıb. Məlumata əsasən yeni prosessor SM8250 model nömrəsi ilə ilkin test mərhələsindən keçir.

    Layihənin kod adı isə Project Kona-dır. Maraqlısı ondadır ki, Kona Havay adaları qrupunda yerləşən adalardan birinin adıdır. Şirkətin öz yeni flaqman prosessor modellərini təqdim etdiyi Qualcomm Tech Summit tədbiri isə məhz həmin regionda təşkil olunur. Verilmiş məlumatlara inansaq, Snapdragon 865 prosessoru LPDDR5 formatlı RAM yaddaşı dəstəyini əldə edəcək.

Bənzər xəbər


    Bundan əlavə olaraq məlumatlarda qeyd olunub ki, şirkət həmçinin SDX55 5G adlı yeni modem üzərində də çalışır. Həmin modemin ayrıca təqdim olunacağı və ya birbaşa Snapdragon 865 prosessoruna inteqrasiya ediləcəyi barəsində heç bir məlumat yoxdur. Gözləntilərə əsasən Snapdragon 865 prosessoru bu ilin sonunda təqdim olunacaq. Onu da qeyd etmək lazımdır ki, şirkət dünən öz orta səviyyəli prosessor seriyasının yeni modellərini təqdim etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnolog..

5G şəbəkə texnologiyası 3G və 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir...


Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolba..


Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə ba..

Xiaomi şirkətinin rəsmilərinin verdikləri məlumata əsasən şirkət 6G və Peyk interneti kimi gələcəyin..


SpaceX yenə tarix yazdı: Şirkət uğurlu şəkildə astronavtları BKS-ə göndərdi (VİD..

 Uzun müddətdən sonra SpaceX şirkəti sonunda daxilində astronavtların olduğu Crew Dragon kosmik gəmi..


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..

×