
Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Texnologiya
21.09.2023
Emil Noisy
Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Sözügedən yeni naqilsiz qulaqlıq ətraf səs-küyün aktiv boğulması funksiyasını və sürətli şarj texnologiyasının dəstəyini əldə edib. Qulaqlıqlardan hər biri 12.4 mm-lik drayverlər ilə təchiz olunub. Şirkətin vermiş olduğu məlumata əsasən Redmi Buds 5-də ətraf səs-küyün boğulması funksiyası ətraf səs-küyü 46 dB-ə (desibel) kimi boğa bilir.

Üstəlik yeni naqilsiz qulaqlıq şəffaf rejimi də dəstəkləyir. Redmi Buds 5 hər hansısa cihaza Bluetooth 5.3 texnologiyası vasitəsilə qoşulur. Məlumata əsasən Redmi Buds 5 bir dəfə şarj olunandan sonra şarj keysi ilə birlikdə 40 saat ərzində çalışa bilir. Bununla belə qulaqlıqların 5 dəqiqə ərzində şarj olunmaları onların 2 saat ərzində çalışmalarına şərait yaradır. Redmi Buds 5 yaxın günlərdə Çində 27$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Linki kopyala
Həftənin xəbərləri

