
Redmi Watch 4 smart saatı təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
29.11.2023
Emil
Redmi brendi Redmi K70 smartfon seriyası ilə yanaşı üstəlik Redmi Watch 4 smart saatını da təqdim edib. Redmi Watch 3-dən fərqli olaraq yeni smart saat bir qədər böyük ölçülü ekrana sahibdir. Bununla yanaşı yeni smart saat bir dəfə şarj olunandan sonra daha çox çalışa bilir. Redmi Watch 4 metal materialdan hazırlanmış gövdəyə sahibdir və o, 60 Hz-lik təsvir yenilənməsinə sahib 450x390 piksel keyfiyyətli 1.97 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Üstəlik ekran Always-on-Display funksiyasını dəstəkləyir. Redmi Watch 4 ürək döyüntüləri tezliklərini ölçə, qandakı oksigen miqdarını təyin edə, yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir.

Bununla yanaşı smart saat 150 idman rejimini dəstəkləyir və qadınlarda menstrual dövrə nəzarət özəlliyini özündə birləşdirir. Redmi Watch 4 kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə sahibdir və onun gövdəsi 50 metr su dərinliyinə tab gətirə bilir. Smart saat həmçinin özündə GPS-i birləşdirir. Çalışma müddətinə gəldikdə isə bir dəfə şarj olunandan sonra smart saat adi rejim çərçivəsində 20 gün ərzində, Always-on-Display funksiyasının aktiv olduğu halda isə 10 gün ərzində çalışa bilir. Redmi Watch 4-ün Çin bazarında qiyməti 70$ təşkil edir. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi K70, K70 Pro və K70E təqdim olunub - QİYMƏTİ
Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K70 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil olublar.

Cihazlar+
Redmi K70 smartfon seriyasına xüsusi gaming model daxil olacaq
Bir neçə saatdan sonra Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
Büdcəli Redmi 13C 5G smartfonunun nə zaman təqdim olunacağı məlum olub
Redmi brendi bugün Redmi K70 smartfon seriyasını təqdim edəcək. Lakin şirkətin gələn həftəyə daha bir smartfonunun təqdimatı planlaşdırılır.

Cihazlar+
Təqdimatdan bir gün öncə Redmi K70 və K70 Pro-nun yeni real fotoları ortaya çıxıblar
Təqdimatdan bir gün öncə Redmi K70 və Redmi K70 Pro smartfonlarının yeni real fotoları ortaya çıxıblar.

Elm & Texnologiya
Redmi Buds 5 Pro naqilsiz qulaqlığının özəlliklərindən biri rəsmi şəkildə məlum olub
Xiaomi-nin Redmi brendi sabah baş tutacaq növbəti təqdimat tədbirində Redmi K70 smartfon seriyası və Redmi Watch 4 smart saatı ilə birlikdə həmçinin Redmi Buds 5 Pro naqilsiz qulaqlığını da təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
