main-post-cover

    Samsung Galaxy A11 büdcəli smartfonunun arxa panel fotosu və texniki özəllikləri ortaya çıxdı

    Elm & Texnologiya
    28.02.2020
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Samsung şirkəti Galaxy M31 smartfon modelini təqdim etmişdi. İndi isə şirkət daha bir büdcəli smartfonu təqdim etməyə hazırlaşır. Belə ki, hindistanlı məşhur insayder Ishan Agarwal, Galaxy A11 adlı büdcəli smartfon modelinin texniki özəlliklərini öyrənib və onun arxa panelinin fotosunu paylaşıb. Bu barədə 91mobiles saytı xəbər verib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, smartfon plastik materialdan hazırlanmış gövdəyə və üçlü arxa kameraya sahib olacaq.
        Məlumata əsasən arxa kameralardan biri 13 MP-lik olacaq. Bununla yanaşı Galaxy A11 modeli 6.4 düym ekran ilə də təchiz olunacaq. Digər texniki özəlliklərə gəldikdə, Galaxy A11-in 128 GB daxili yaddaş həcmi, 8 MP-lik ön kamera, 4000 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunacağı gözlənilir. Smartfonun hansı prosessor modelinə sahib olacağı barəsində bir məlumat yoxdur. Galaxy A11 artıq yaxın zamanda Hindistanda təqdim olunmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər