main-post-cover

    Samsung Galaxy M10 smartfonunun texniki göstərici məlumatları sızdırıldı

    Elm & Texnologiya
    16.01.2019
    Farid Pardashunas
        Dünən Galaxy M20 smartfon modelinin bütün texniki göstəriciləri ortaya çıxmışdı. Bugün isə həmin hadisə Galaxy M10 smartfon modeli ilə baş verdi. Smartfon barəsində məlumatlar cihaz üzrə istifadəçi təlimatları vasitəsilə ortaya çıxıb. Lakin həmin məlumatlar tez bir zamanda Samsung şirkətinin rəsmi saytından silinib. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə Galaxy M10 modeli 1520x720 piksel keyfiyyətli 6.2 düym LCD Infinity-U ekrana sahib olacaq.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 7872 prosessoru, 2/3 GB RAM, 13 MP + 5 MP ikili arxa kamera və 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy M10 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy M20-dən fərqli olaraq Galaxy M10 modeli USB-C girişinə sahib olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy M10 və M20 modelləri 28 yanvar tarixində Hindistanda təqdim olunacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər