
Samsung Galaxy Tab A9+ planşetinin render fotosu və texniki göstəriciləri ortaya çıxıb
Elm & Texnologiya
06.10.2023
Emil
Biraz əvvəl biz Samsung Galaxy Tab A9 planşeti barəsində məlumat verdik. İndi isə Galaxy Tab A9+ planşetinin render fotosu və texniki göstəriciləri ortaya çıxıb. Ortaya çıxmış render fotodan da görmək olar ki, Galaxy Tab A9+ xarici görünüşcə adi Galaxy Tab A9-dan heç də fərqlənməyəcək. Adi Galaxy Tab A9 kimi Tab A9+ da arxa paneldən bir ədəd kamera ilə təchiz olunacaq.

Əsas texniki göstəricilərə gəldikdə isə məlumata əsasən planşet 1920x1200 piksel keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq planşet özündə 4 GB RAM-ı, 7040 mAh enerji tutumlu batareyanı, Android 13 əməliyyat sistemini və 5G dəstəyini birləşdirəcək. Galaxy Tab A9 planşet seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
