
Samsung Galaxy Tab S9 FE Plus planşeti üzərində çalışır
Elm & Texnologiya
14.07.2023
Emil
26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Samsung-un təqdim edəcəyi yeni məhsullardan biri də Galaxy Tab S9 planşet seriyası olacaq. Sözügedən seriyaya Galaxy Tab S9, Tab S9+ və Tab S9 Ultra modelləri daxil olacaqlar. Lakin son zamanlarda ortaya çıxmış məlumata əsasən şirkət həmçinin Galaxy Tab S9 FE planşeti üzərində də çalışır və o, ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim edilməlidir. Galaxy Tab S9 FE-nin hətta keyfiyyətli render fotoları da ortaya çıxıb.
İndi isə məlum olub ki, Samsung üstəlik Galaxy Tab S9 FE-nin bir qədər təkmilləşdirilmiş versiyası üzərində də çalışır. Söhbət, Galaxy Tab S9 FE Plus planşetindən gedir. OnLeaks ləqəbli məşhur insayder hazırlanan bu planşet modelinin keyfiyyətli render fotolarını və bəzi texniki göstəriciləri barəsində məlumatları təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, adi Galaxy Tab S9 FE kimi Galaxy Tab S9 FE Plus da xarici görünüşcə adi Galaxy Tab S9-a bənzəyəcək.
Lakin Galaxy Tab S9 FE Plus-ın əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o özündə ikili arxa kameranı birləşdirəcək. İnsayderin sözlərinə əsasən sözügedən planşetin 12.4 düym ekran ilə təchiz olunacağı və Exynos 1380 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Galaxy Tab S9 FE Plus-ın nə zaman təqdim olunacağı bilinmir. Lakin çox güman ki, o, Galaxy Tab S9 FE ilə birlikdə təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər