Reklam
Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ

Texnologiya
10.08.2022 PAYLAŞIM

    Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmçinin Galaxy Watch 5 smart saat seriyasını və naqilsiz Galaxy Buds 2 Pro qulaqlıqlarını təqdim edib. İlk öncə Galaxy Watch 5 smart saat seriyasından başlayaq. Sözügedən seriyaya 3 smart saat modeli daxildir. 40 44 mm ölçüyə sahib adi Galaxy Watch 5 və 45 mm ölçüyə sahib Galaxy Watch 5 Pro. Təqdim edilmiş bu smart saatlar Google şirkətinin Wear OS əməliyyat sisteminin ən son versiyası vasitəsilə çalışırlar, istifadəçinin fiziki aktivliyini daha dəqiq şəkildə izləyirlər və əvvəlki Galaxy Watch modellərindən fərqli olaraq bir dəfə şarj olunandan sonra daha çox çalışa bilirlər.


    Galaxy Watch 5 seriyasına daxil olan smart saatlar istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçən 3 ayrı-ayrı sensoru özündə birləşdirən Samsung BioActive Sensor adlı modul ilə təchiz olunur. Bu modul özündə qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini və stress səviyyəsini ölçən 3 müxtəlif sensoru özündə birləşdirir. Ölçü dəqiqliyi əvvəlki Galaxy Watch modellərindən fərqli olaraq daha yüksək olmalıdır. Belə ki, Galaxy Watch modellərində ölçmə ilə məşğul olan səthin sahəsi daha da genişlənib. Bu smart saatlar həmçinin elektrokardioqrafiyanı reallaşdıra və qan təzyiqinin monitorinqini apara bilərlər. Yeni smart saatların daha bir maraqlı özəlliklərindən biri də onların yuxu zamanı istifadəçinin xorultusunu təyin edə bilmələrindədir.

    Əvvəldə də qeyd edildiyi kimi adi Galaxy Watch 5 modelləri iki versiyada təqdim olunurlar. Onlardan biri 40 mm, digəri isə 44 mm ölçüyə sahibdir. 40 mm ölçüyə sahib model 396x396 piksel keyfiyyətli 1.2 düym Super AMOLED, 44 mm ölçüyə sahib model isə 450x450 piksel keyfiyyətli 1.4 düym Super AMOLED ekran ilə təchiz olunub. Galaxy Watch 5 Pro modelinə gəldikdə o, 44 mm ölçülü adi Galaxy Watch 5 modelinin ekranını əldə edib. Yəni piksel keyfiyyəti ilə ekran ölçüsü eynidir. Sözügedən smart saatlar 2 nüvəli Exynos W920 prosessoru, 1.5 GB RAM16 GB daxili yaddaş həcmi ilə təchiz olunublar. Hər 3 modeldə yaqutdan hazırlanmş şüşə materialdan istifadə edilir.

    Bununla belə adi Galaxy Watch 5 modellərinin gövdələri gücləndirilmiş alüminumdan hazırlandığı bir vaxtda Galaxy Watch 5 Pro-nun gövdəsi titandan hazırlanıb. Hər 3 model IP68 standartı üzrə sudan və tozdan qorunur. 40 mm ölçüyə sahib Galaxy Watch 5 284 mAh, 44 mm ölçüyə sahib Galaxy Watch 5 410 mAh, 45 mm ölçüyə sahib Galaxy Watch 5 Pro isə 590 mAh enerji tutumlu batareyaya sahibdir. Adi modellər 40 saat ərzində çalışa bilirlər. Pro model isə 80 saat ərzində çalışa bilir. Bundan əlavə olaraq Samsung qeyd edib ki, Pro modeldə sürətli şarj texnologiyası reallaşdırıb. Bunun sayəsində Pro model 45% enerjini 30 dəqiqə ərzində yığa bilir. Pro modelin daha bir fərqləndirici tərəfi ondan ibarətdir ki, o, insan bədəninin temperaturunu ölçə bilir və ona GPS modul inteqrasiya edilib. Galaxy Watch 5 smart saatları 26 avqust tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 40 mm-lik Galaxy Watch 5 - 299 avro

- LTE-yə sahib 40 mm-lik Galaxy Watch 5 - 349 avro

- 44 mm-lik Galaxy Watch 5 - 329 avro

- LTE-yə sahib 44 mm-lik Galaxy Watch 5 - 379 avro

- 45 mm-lik Galaxy Watch 5 Pro - 469 avro

- LTE-yə sahib 45 mm-lik Galaxy Watch 5 Pro - 519 avro.

    İndi isə keçək naqilsiz Galaxy Buds 2 Pro qulaqlıqlarına. Sözügedən qulaqlıqlar flaqman qulaqlıqlardır və əvvəlki Galaxy Buds Pro-dan fərqli olaraq onlar daha kompakt ölçüyə sahibdirlər, səsin kinematoqrafik həcmdə səsləndirilməsini təmin edirlər və 29 saat ərzində çalışa bilirlər. Samsung yeni Galaxy Buds 2 Pro qulaqlıqlarının erqonomik formalarını təkmilləşdirib. Bunun hesabına qulaqlıqlar istifadəçi qulaqlarından düşmürlər və qulaqlarda fırlanmırlar. Qulaqlıqların gövdələri həmçinin IPX7 standartı üzrə sudan qorunurlar. Galaxy Buds 2 Pro 24 bit-lik səsin dəstəyinə sahibdir. Bu isə öz növbəsində qulaqlıqlara səsin daha geniş dinamik diapazonda təqdim edilməsini və 360 dərəcəlik məkan səslənməsini təmin edir.

    Bu hər iki funksiya yalnız Galaxy seriyasına daxil olan smartfon və ya planşet modelləri ilə birgə çalışan zaman işə düşür. Əvvəlki Galaxy Buds Pro-da olduğu kimi Galaxy Buds 2 Pro modelində də ətraf səs-küyün aktiv boğulması və şəffaf funksiya mövcuddur. Qulaqlıqlar müxtəlif cihazlara Bluetooth 5.2 texnologiyası vasitəsilə qoşulur. Samsung-un verdiyi məlumata əsasən ətraf səs-küyün aktiv boğulması funksiyasının deaktiv olduğu halda Galaxy Buds 2 Pro 8 saat ərzində, bu funksiyanın aktiv olduğu halda isə 5 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində sözügedən göstəricilər 29 saat və 18 saat təşkil edirlər. Galaxy Buds 2 Pro 26 avqust tarixində 229$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google öz ilk smart saatı olan Pixel Watch-u təqdim edib - QİYMƏTİ

Google şirkəti Pixel 7 və Pixel 7 Pro smartfonları ilə yanaşı həmçinin öz ilk smart saatını da təqdi..


Redmi brendi öz ilk planşeti olan Redmi Pad-i təqdim edib - QİYMƏTİ

Redmi brendi Android vasitəsilə çalışan ilk planşet modelini təqdim edib. Təqdim edilmiş planşet Red..


Avropa Birliyi öz regionundakı elektron cihazların USB Type-C ilə təchiz olunmal..

2024-cü ilin sonuna kimi Avropa Birliyi regionundakı bütün elektron mobil cihazlar məcburi şəkildə U..


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..

×