main-post-cover

    Samsung şikrkətinin əyilə bilən və iki ekranlı smartfonunun fotoları sızdırıldı

    Elm & Texnologiya
    17.06.2018
    Farid Pardashunas
        Samsung hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, şirkət yaxın 1 il ərzində Galaxy X adında iki ekranlı əyilə bilən smartfonu təqdim edəcək. İndi isə məlum olub ki, şirkət əslində bu cür smartfon ideyası üzərində çoxdan çalışır və hətta bu cür smartfonun işlək prototipi də olub. Onun adı Project V-dir. İnternetdə sözügedən işlək prototipin fotoları da yayılıb. Project V sözügedən konseptdə olan digər smartfonlara bənzəyir. Məsələn ZTE Axon M. Smartfon bükülə bilən konstruksiyaya sahibdir və ikinci ekran ilə təchiz olunub.

        Açıq vəziyyətdə smartfonun interfeysi genişlənir və çox güman ki, bu vəziyyətdə smartfonda iki fərqli tətbiqi eyni anda işə salmaq mümkün olur. Smartfonun dizayn və interfeysinə nəzər saldıqda görmək olar ki, şirkət onu hələ 2014-2015-ci illərdə hazırlayıb. Məlum deyil ki, şirkət hansı səbəbə görə bu cür smartfon konseptindən imtina edib. Bəlkə də həmin vaxtda eyni anda iki ekran ilə çalışmaq imkanını yaradan güclü prosessorlar yox idi. Lakin buna baxmayaraq şirkət yaxın müddətdə əyilə bilən yeni smartfon dizaynına sahib Galaxy X modelini təqdim edəcək. Bir neçə müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, sözügedən Galaxy X-in qiyməti 2000$-a yaxın ola bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər