main-post-cover

    Samsung şirkəti Galaxy M30 smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    28.02.2019
    Farid Pardashunas
        Samsung şirkəti yanvar ayının sonunda Galaxy M seriyasının M10 ilə M20 smartfon modellərini təqdim etmişdi. İndi isə növbə M30-a gəldi. Belə ki, şirkət Hindistanda Galaxy M30 smartfon modelini rəsmi olaraq təqdim edib. Galaxy M10 və M20-dən fərqli olaraq M30 modeli MWC 2019 sərgisi çərçivəsndə təqdim edilmiş Galaxy A30 və A50 kimi Infinity-U ekrana sahibdir.

        Smartfon Full HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran, 8 nüvəli Exynos 7904 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/1.9 diafraqmalı) + 5 MP + 5 MP (123 dərəcəlik baxış bucağına sahib genişformatlı obyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 5000 mAh enerji tutumu batareya, USB-C girişi, NFC modulu, arxa paneldən barmaq izi skanı texnologiyası və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Smartfon Experience UI 9.5 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Android Pie versiyasına kimi yenilənmə daha sonra reallaşdırılacaq. Galaxy M30 smartfonu 7 mart tarixindən Hindistanda 210$-dan başlayan qiymətlə satılacaq. Smartfonun digər regionlarda satılıb-satılmayacağı barəsində heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər