main-post-cover

    Samsung şirkəti Galaxy R adlı yeni smartfon seriyası üzərində çalışır

    Elm & Texnologiya
    23.06.2019
    Emil Nəcəfov
        Son zamanlarda biz Galaxy A90 smartfon modeli barəsində çox məlumatlar eşidirik. Lakin indi insayderlərin verdikləri məlumatlara əsasən həmin smartfon əslində yeni Galaxy seriyasının ilk smartfon modeli olacaq. Bu barədə Gagadget saytı xəbər verib. OnLeaks ləqəbi ilə tanınan məşhur insayder xəbər verib ki, Samsung şirkətinin yeni smartfon seriyası Galaxy R adlanacaq. Bu barədə məlumat hələ keçən ilin sonunda ortaya çıxmışdı. Lakin həmin vaxtda bildirilmişdi ki, Galaxy R smartfon seriyası Samsung şirkətinin büdcəli seriyası olacaq.

        İndi isə insayderlər xəbər veriblər ki, Galaxy R seriyası Galaxy S ilə Galaxy A seriyalarının aralarında yer tutacaq bir smartfon seriyası olacaq. Qeyd etmək lazımdır ki, şirkət hələ 2011-ci ildə Galaxy R adlı smartfon modelini satışa çıxartmışdı. O, Galaxy S2 flaqman modelinin sadələşdirilmiş versiyası idi. Həmin model yaxşı satılsa da istehsalat problemləri səbəbilə şirkət həmin smartfonun istehsalını dayandırmalı oldu. Beləliklə yeni Galaxy R seriyası çərçivəsində üçlü arxa kameraya və böyük ekrana sahib iki smartfon modeli işıq üzü görməlidir.
        Onlardan birinin əsas özəlliyi ondan ibarət olacaq ki, o, qeyri-adi kameraya sahib olacaq. İkincisinin əsas özəlliyi isə ondan ibarət olacaq ki, o, 5G modemə sahib olacaq. Çox güman ki, sonuncusu elə Galaxy A90 smartfon modeli olacaq. Belə ki, son məlumat sızıntılarına əsasən Galaxy A90 modeli 5G modemə, Snapdragon 730 və ya Snapdragon 730G prosessoruna, 6/8 GB RAM-a, 32 MP + 8 MP ikili arxa kameraya və 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı batareyaya sahib olacaq.
    Linki kopyala