main-post-cover

    SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

    Elm & Texnologiya
    20.09.2021
    Emil Nəcəfov
        Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlantik okeanına eniş edib. Qeyd etmək lazımdır ki, sözügedən kosmik gəmi 3 sutka ərzində Yer kürəsinin orbitində olub. Enişə hazırlıq eniş prosesinin başlamasından bir neçə saat öncə start verilmişdi. Avtomatik rejimdə enişdən təqribi olaraq 1 saat öncə Crew Dragon-un mühərrikləri işə düşüb. Bir qədər sonra isə sərnişin kapsulu atmosferin sıx qatlarına daxil olub. Daha sonra kapsulun paraşüt sistemi aktivləşib və kapsul Atlantik okeanına eniş edib. Qeyd etmək lazımdır ki, Inspiration4 adlı missiyada 4 insan iştirak edib və onlar adi vətəndaşlardır.
        Missiyada professional astronavt iştirak etməyib. Sözügedən missiyada iştirak etmiş şəxslər arasında amerikalı milyarder Jared Isaacman, uşaq xəstəxanasının həkimi Hayley Arceneaux, geologiya professoru Sian Proctor Lockheed Martin şirkətinin əməkdaşı Chris Sembroski olub. Bu missiyanın tam şəkildə maliyyələşdirilməsini Jared Isaacman reallaşdırıb. Bu missiya çərçivəsində kosmik gəmi 590 km hündürlüyə qalxıb. Yer kürəsinin orbitində olan zaman bu şəxslər maraqlı fotolar da çəkiblər. SpaceX şirkəti yalnız mülki şəxslərin iştirak edəcəkləri növbəti uçuş missiyasını gələn ilin əvvəlində reallaşdırmağı planlaşdırır. 
    Linki kopyala