Tesla keçmiş əməkdaşını gizli şirkət məlumatlarının oğrulanması iddiası ilə məhkəməyə verdi
Elm & Texnologiya
21.06.2018
Farid Pardashunas
Elektromobil istehsalçısı Tesla
şirkəti öz keçmiş əməkdaşı Martin Tripp-i məhkəməyə verib. Şirkət onu gizli
şirkət məlumatlarının oğurlanmasında və həmin məlumatların üçüncü tərəfə verilməsində
günahlandırır. Bu barədə CNBC saytı xəbər verib. Məhkəmə iddiasının mətnində
qeyd olunub ki, Martin Tripp qanunsuz şəkildə şirkətin konfidensial məlumatlarını
əldə edib və həmin məlumatları üçüncü tərəfə ötürüb.
Məlumatların kimlərə
ötürüldüyü barəsində məlumat isə sənəddə qeyd olunmayıb. Sözügedən məlumatları əldə
etmək üçün Martin Tesla şirkətinin digər 3 əməkdaşının kompüterində hacker
yönümlü proqram təminatlarından istifadə edib. Martin etmiş olduğu bu əməlləri
artıq etiraf edib. Bundan əlavə şirkət onu KİV-də (Kütləvi İnformasiya Vasitələri)
şirkət barəsində yalan məlumatların yayılmasında da günahlandırır.
Əsasən şirkət
bildirib ki, Martin vaxtı ikən KİV-də Tesla şirkətinin Model 3 elektromobilinin
istehsalında problemli batareyaların istifadəsi məlumatını yaymışdır. Qeyd etmək
lazımdır ki, bir müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Elon
Musk Tesla şirkətinə qarşı irimiqyaslı təxribat hazırlamaq istəyən keçmiş əməkdaşdan
xəbər verib. Musk-ın verdiyi həmin məlumatda əməkdaşın adı qeyd olunmamışdır.
İndi isə şirkətin Martini məhkəməyə verməsi ilə bir neçə müddət bundan öncə
ortaya çıxmış xəbər üst-üstə düşür. Şirkət məhkəmə iddiası barəsində heç bir şərh
bildirməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ