Vətəndaşlıq almış və dünyanı məhv etməyə söz vermiş robot Sophia Elon Musk-a söz atdı

27.10.2017 0 PAYLAŞIM 1203 OXUNMA

İnsana bənzəyən robot Sophia dünyanın ilk vətəndaşlıq alan robotu oldu.

Jurnalist Andrew Sorkin ilə müsahibəsində Sophia bildirib ki, o, dünyanın vətəndaşlıq almış ilk robotu olmasından çox qürurludur. Bununla yanaşı o, Elon Musk-ın bəyanatlarına fikir verməməyi məsləhət görüb. Bu barədə Futurism.com saytı xəbər verib. Qeyd edək ki, bugünki xəbərimizdə bildirmişdik ki, Sophia Ər-Riyadda keçirilən Future Investment Initiative iqtisadi tədbirində Səudiyyə Ərəbistan vətəndaşlığı alıb. Ona vətəndaşlığın verilməsinin elanından sonra Sophia, CNBC-nin jurnalisti Andrew Sorkin-ə müsahibə verib.


Öz müsahibəsində Sophia bildirib ki, gələcəkdə insanlarla bir yerdə yaşayıb çalışmağı planlaşdırır. Sophia-nın sözlərinə görə o öz süni zəkası ilə insanların həyatlarını daha yaxşı edəcək. Müsahibə zamanı Sorkin maraqlanıb ki, robotlar nə vaxtsa insanlara qarşı çıxacaqlarmı? Öz cavabında isə Sophia bildirib ki, Sorkin həddindən artıq Hollywood filmlərini izləyir və Elon Musk-ın bəyanatlarını oxuyur. Qeyd etmək lazımdır ki, Sophia əvvəllər də insanlığın məhv edilməsi barəsində zarafatlar edirdi.

Lakin həqiqətən də onlar zarafat idilər? Robotun sözlərinə əsasən o sadəcə olaraq məlumatların daxil edilib çıxarılması sistemidir və buna görə də o özü qərar qəbul edə bilmir. Elon Musk isə öz növbəsində Sophia-nın bu bəyanatına öz Twitter səhifəsində cavab verib. Musk özünəməxsus tərzdə cavab verib. Belə ki, o, Sophia-nın sisteminə The Godfather filminin yüklənməsini təklif edib. “Qorxunc nə baş verə bilərki?” – deyə Musk bildirib.