main-post-cover

    Xiaomi BlackShark gamer smartfonunun güman olunan fotosu sızdırıldı

    Elm & Texnologiya
    03.04.2018
    Emil Nəcəfov
        Bugün səhər paylaşdığımız xəbərdə qeyd etmişdik ki, Black Shark Technology şirkəti Xiaomi BlackShark gamer smartfonunu 13 Aprel tarixində təqdim edəcək. Həmçinin Xiaomi şirkəti bugün sözügedən layihədə iştirakını təsdiqlədi. Bir neçə müddət bundan öncə smartfonun AnTuTu bençmark saytının testləri sayəsində texniki göstəriciləri məlum olmuşdu. Beləliklə smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunaraq Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq.

        Smartfon həmçinin Quick Charge 3.0 sürətli enerji yığma özəlliyinə sahib olacaq. Bugün sızdırılmış yeni fotodan da görmək olar ki, Xiaomi BlackShark fiziki joystick və oyunlar üçün nəzərdə tutulmuş digər idarəetmə sistemləri ilə təchiz olunacaq. Həmçinin sızdırılmış fotoda smartfonun 3.5 mm-lik audiogirişə sahib olacağı da əks olunub. Lakin bütün bunlara baxmayaraq sızdırılmış yeni fotonun həqiqətən də Xiaomi BlackShark-a aid olduğu tam dəqiq deyil. Buna görə də həmin fotoya skeptik yanaşmaq lazımdır.
    Linki kopyala