main-post-cover

    Xiaomi CC9e'nin fotosu və bəzi məlumatları ortaya çıxdı

    Elm & Texnologiya
    19.06.2019
    Farid Pardashunas
        Hələ dünən Xiaomi şirkətinin CC9 adlı smartfon modeli üzərində çalışması barəsində xəbər ortaya çıxmışdı. Həmin xəbərdə qeyd olunmuşdu ki, şirkəti CC9 və onun sadələşdirilmiş versiyası CC9e üzərində çalışır. İndi isə Çinin TENAA adlı agentliyinin məlumatlar bazasında CC9e modelinin fotosu və sertifikatlaşdırma məlumatları ortaya çıxıb. Bu barədə Fonearena saytına istinadən 4pda saytı xəbər verib. Məlumatlarda qeyd olunub ki, Xiaomi-nin yeni smartfonunun əsas özəllikləri siyahısında böyük ölçülü ekran, təkmilləşdirilmiş foto çəkilişi imkanları və böyük həcmli batareya var.
        Məlumata əsasən M1904F3BC kod nömrəsinə sahib smartfon modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekrana və ekran üzərində damcı formalı çıxıntı hissəyə sahib olacaq. Samrtfon 32 MP-lik ön kamera ilə təchiz olunacaq. 4 pikselin tam bir pikselə çevrilməsi texnologiyası isə yaxşı işıqlandırılmamış mühitdə də keyfiyyətli selfie fotoların çəkilməsi imkanını verəcək. Smartfon həmçinin 3 arxa kameraya sahib olacaq.

        Əsas kamera modulu 48 MP-lik olacaq. İkinci modul genişbucaqlı, üçüncü modul isə böyük ehtimalla teleobyektiv olacaq. Prosessor spesifikasiyalarından belə qənaətə gəlmək olar ki, CC9e modeli ya Snapdragon 710 ya da Snapdragon 712 prosessoru ilə təchiz olunacaq. Smartfon həmçinin 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə də təchiz olunmalıdır. Gözləntilərə əsasən bu smartfon Redmi K20 ilə Mi 9SE modellərinin alternativ variantı olacaq. Smartfonun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər