main-post-cover

    Xiaomi Mi Mix 4 flqman smartfonu barəsində yeni məlumatlar verildi

    Elm & Texnologiya
    09.09.2019
    Farid Pardashunas
        Çinin Weibo sosial şəbəkəsində hələ təqdim edilməmiş Xiaomi Mi Mix 4 flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatı vermiş insayder smartfonun bəzi özəlliklərini qeyd edib və onun barəsində daha öncədən yayılmış məlumat sızıntılarını təsdiqləyib. Beləliklə şirkət sözügedən smartfon modelində hal hazırda bazarda olan aparıcı texnologiyaları reallaşdırmaq niyyətindədir.
        Bu barədə Gizmochina saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən Mi Mix 4 smartfonu 90 GHz yenilənməyə sahib olan ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 108 MP-lik arxa kamera modulunu əldə edəcək. Mi Mix 4 həm də 30 vatt gücündə olan Mi Charge Turbo adlı sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
        Əvvəlki məlumat sızıntılarına əsasən smartfon Quad HD+ keyfiyyətli ekran, Snapdragon 855 Plus prosessoru, 12 GB RAM və 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 5G şəbəkəsini də dəstəkləyəcəyi gözlənilir. Məlumata əsasən Mi Mix 4 smartfonu 24 sentyabr tarixində təqdim olunacaq. Lakin şirkət hələ təqdimat tarixi barəsində heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər