Xiaomi şirkəti
Xiaomi 13 Ultra flaqman smartfonu ilə yanaşı
Xiaomi Pad 6 planşet seriyasını da təqdim edib. Təqdim edilmiş yeni planşet seriyasına iki model daxil olub. Xiaomi Pad 6 və
Pad 6 Pro. Bu planşetlər öz aralarında prosessor, batareya göstəriciləri və kameralar üzrə fərqlənirlər. Beləliklə hər iki model
144 Hz-lik təsvir yenilənməsinə sahib
2880x1800 piksel keyfiyyətli
11 düym LCD ekran ilə təchiz olunub. Planşetlərin ekranları
Dolby Vision dəstəyinə sahibdirlər və onlar
Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunublar. Planşetlər həmçinin
Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiriciyə sahibdirlər.
Əsas texniki göstəricilərə gəldikdə ilk öncə qeyd etmək lazımdır ki, adi Xiaomi Pad 6 modeli Snapdragon 870 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Pad 6 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir. Xiaomi Pad 6 modeli 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 8840 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi Pad 6 Pro - 494$.