Xiaomi şirkəti Mi 10 və Mi 10 Pro modellərinin qlobal versiyalarının təqdimatlarını təxirə saldı
Elm & Texnologiya
14.02.2020
Farid Pardashunas
Dünən Xiaomi şirkəti özünün yeni flaqman smartfon modelləri olan Mi 10 və Mi 10 Pro-nu təqdim etdi. Şirkət sözügedən smartfonların qlobal versiyalarının təqdimatlarını 23 fevral tarixində keçirtməyi planlaşdırırdı. Lakin nəticədə qlobal təqdimat təxirə salındı. Bu barədə Gagadget saytı xəbər verib. Xiaomi şirkəti MWC 2020-nin təşkilatçılarından olan GSMA şirkətinin yolu ilə getməyi və öz əməkdaşları ilə jurnalistləri təhlükə altına atmamağı qərarına gəldi. Artıq məlum olduğu kimi şirkət smartfonların qlobal təqdimatlarını koronavirus səbəbilə təxirə saldı. Həmin smartfonların qlobal versiyalarının təqdimatları hələ də planlaşdırılır. Lakin təqdimat tədbirinin nə zaman keçiriləcəyi barəsində şirkət bir məlumat verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ