main-post-cover

    Xiaomi şirkəti Redmi 8A Pro'nu təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    27.09.2019
    Farid Pardashunas
        Ultrabüdcəli Redmi 8A smartfon modelinin təqdimatından sonra internetdə adi Redmi 8-in təqdimatı barəsində məlumatlar ortaya çıxdı. Lakin indi məlum olub ki, təqdim olunacaq smartfon təkcə Redmi 8 olmayacaq. Belə ki, Xiaomi şirkətinin rəsmi saytında Redmi 8A-nın daha təkmilləşdirilmiş versiyası olan Redmi 8A Pro-nun adı hallanıb. Bu barədə 4pda saytı xəbər verib. Smartfonun özəllikləri barəsində heç bir məlumat olmasa da onun adının şirkət saytında ortaya çıxması o deməkdir ki, Redmi 8A Pro artıq satışa çıxmağa hazırdır. Heç istisna deyil ki, şirkət növbəti təqdimat zamanı iki smartfon modelini təqdim edəcək: Redmi 8 və Redmi 8A Pro. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər