main-post-cover

    Xiaomi və MediaTek birlikdə xüsusi mobil prosessor üzərində çalışırlar

    Elm & Texnologiya
    01.07.2020
    Farid Pardashunas
        Son zamanlarda Xiaomi smartfonlarında daha çox MediaTek şirkətinin istehsalı olan prosessorlardan istifadə olunur. Yeni məlumata əsasən hər iki şirkət öz əməkdaşlıqlarını davam etdirməklə yanaşı həmçinin birgə yeni prosessor da yaratmağı planlaşdırırlar. Bu barədə Gizmochina saytı xəbər verib. Redmi Note 8 Pro modeli MediaTek Helio G90T prosessoru, Redmi 10X modeli MediaTek Dimensity 820 prosessoru, dünən təqdim edilmiş Redmi 9A və Redmi 9C modelləri isə MediaTek Helio G25Helio G35 prosessorları ilə təchiz olunurlar. Son məlumat sızıntısına əsasən təqdim olunacaq Redmi K40 smartfon modeli həmçinin Dimensity 1000+ prosessoruna sahib olacaq.
        Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi şirkəti MediaTek-in yeni prosessorlarından istifadə üzrə eksklüziv hüquqları əldə edib. Bununla yanaşı insayder qeyd edib ki, MediaTek şirkəti Xiaomi ilə birlikdə xüsusi prosessor üzərində çalışır və həmin prosessor Xiaomi smartfonları üçün nəzərdə tutulacaq. Təəssüflər olsun ki, iki şirkətin əməkdaşlığı çərçivəsində hazırlanan prosessorun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Həmçinin hazırlanan prosessorun tamamilə yeni prosessor olacağı və ya artıq mövcud olan prosessorlardan birinin təkmilləşdirilmiş versiyası olacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər