main-post-cover

    Yaranmış qalmaqala cavab: Apple şirkəti Facebook'dan korporativ sertifikatları geri aldı

    Elm & Texnologiya
    31.01.2019
    Farid Pardashunas
        Apple şirkəti Facebook-dan Enterprise Developer Certificates adlı xüsusi sertifikatı geri çəkdi. Beləliklə şirkət təsdiqlədi ki, Facebook konfidensial məlumatları əldə edərək və beləliklə istifadəçiləri riskə ataraq lisenziya razılaşması qanunlarını pozub. Apple şirkəti artıq Facebook, InstagramMessenger də daxil olmaqla Facebook şirkəti daxilində istifadə olunan digər tətbiqlərin ilk beta versiyalarına çıxışını deaktiv edib. Həmin tətbiqlər artıq şirkətin əməkdaşlarının iPhone cihazlarında işə düşmürlər. Həmçinin ictimaiyyətin bilmədiyi tətbiqlər də bloklanıb.
        Facebook ilə baş vermiş hadisəyə fikir bildirən zaman Apple şirkət qeyd edib ki, istehlakçılar arasında tətbiqlərin yayılması məqsədilə korporativ sertifikatlardan istifadə edəcək hər bir tərtibatçıdan həmin sertifikatlar geri çəkiləcək. Bizim istifadəçilərimizin və onların məlumatlarının təhlükəsizliklərinin təmin olunması üçün biz bu cür addımı atdıq. Qeyd etmək lazımdır ki, 2016-cı ildən başlayaraq Facebook şirkəti 13-25 yaş arası şəxslərə AndroidiOS sistemləri üçün hazırlanmış Facebook Research tətbiqinin yüklənməsi müqabilində hər ay 20$ vəsait ödəyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər