main-post-cover

    Yaxın illər ərzində bitcoin mining-i üçün dünyanın bütün elektroenerjisi lazım olacaq

    Elm & Texnologiya
    04.12.2017
    Farid Pardashunas
    Digiconomist saytı bitcoinin Dekabr ayının əvvəlinə elektroenerji sərfiyyatı barəsində məlumatları təqdim edib.
    Məlum olub ki, bitcoin maynerləri il ərzində bitcoin əldə etmək üçün 31 teravat saat elektroenerji sərf edirlər. Bu isə bütün dünyanın elektroenerji sərfiyyatının 0.14%-ni təşkil edir. Əgər bu cür temp qorunub saxlansa, 2020-ci ilin Fevral ayına kimi bitcoinin mining-i üçün dünyanın bütün elektroenerjisi lazım olacaq.

    Bir neçə müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, hal hazırda kriptovalyuta 20 Avropa və dünyanın 159 ölkəsindən daha çox elektroenerji sərf edir. Bu faktlar yeni tədqiqat sayəsində təsdiq olunur. Hal hazırda bitcoin ildə elektroenerjiyə 1.5 milyard dollar sərf etməklə 7.2 milyard dollar gəlir gətirir. Elektroenerjinin bu miqdarı 2.4 milyon amerikalıya və ya 6.1 milyon britaniyalıya bəs edərdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər