main-post-cover

    Yeni MediaTek Dimensity 1000 5G prosessoru Snapdragon 855 Plus-ı geridə qoydu

    Elm & Texnologiya
    27.11.2019
    Emil Nəcəfov
        Daha öncədən bütün MediaTek prosessorları Qualcomm və digər istehsalçıların prosessor modellərindən geri qalırdılar. Hətta bir müddət şirkət flaqman prosessor modellərinin istehsalını dayandırdı və öz diqqətini orta büdcəli prosessorların istehsalına yönəltdi. Lakin dünən təqdim edilmiş MediaTek Dimensity 1000 5G adlı flaqman prosessor modeli bu vəziyyəti dəyişməlidir. Bunu hətta prosessorun ilk testləri də təsdiqləyiblər. Bu barədə Gizmochina saytı xəbər verib.
        Yeni MediaTek Dimensity 1000 5G prosessoru məşhur AnTuTu bençmark saytında 511.363 xal toplayıb. Bu isə istənilən Android smartfonda olan prosessorun göstəricisindən daha yüksəkdir. Belə ki, MediaTek-in yeni prosessoruna yaxın olan rəqiblər AnTuTu testində maksimum 480.000 xal toplyırlar. Maraqlısı ondadır ki, MediaTek Dimensity 1000 5G-də olan Mali-G77 adlı qrafik çip də yüksək nəticə göstərib.
        Belə ki, o, 196.097 xal toplayıb. Bu isə Snapdragon 855 Plus prosessorundakı Adreno 640 qrafik çipinin göstəricisi ilə eynidir. Qeyd etmək lazımdır ki, yeni prosessorun təqdimatından sonra Redmi brendinin rəhbəri Lu Weibing, MediaTek şirkətini təbrik edib və qeyd edib ki, Redmi brendinin gələn il satışa çıxacaq smartfonları bu prosessor ilə təchiz olunacaqlar. Gözləntilərə görə həmin smartfonlardan biri də məhz Redmi K30 Pro 5G modeli olacaq. 
    Linki kopyala