Yeni sızdırılmış foto Xiaomi Mi Note 10-un mövcudluğunu təsdiqlədi

Yeni sızdırılmış foto Xiaomi Mi Note 10-un mövcudluğunu təsdiqlədi

Texnologiya
17.10.2019 PAYLAŞIM

    Xiaomi Mi Note seriyasının son smartfon modeli 2017-ci ildə satışa çıxmışdı. Bu ilin yay fəslində isə Xiaomi şirkətinin rəhbəri bildirmişdi ki, yaxın müddətdə yeni Mi Note modelinin satışa çıxarılması planlaşdırılmır. Lakin buna baxmayaraq internetdə artıq yeni Mi Note modelinin fotoları ortaya çıxıb. Sızdırılmış tamamilə yeni foto isə Mi Note 10 modelinin mövcudluğunu təsdiqləyib. Bu barədə Gizmochina saytı xəbər verib.


    TechytMr ləqəbli Twitter istifadəçisi Mi Note 10-un qutusunun fotosunu təqdim edib. Beləliklə bu foto ilə istifadəçi Mi Note 10-un mövcudluğunu dolayısı ilə təsdiqləyib. Əvvəlki məlumat sızıntılarına əsasən Mi Note 10 modeli çərçivəsiz ekran dizaynında reallaşdırılacaq və yeni Snapdragon prosessoru ilə təchiz olunacaq. Smartfonun bu ayın sonunda təqdim olunacağı gözlənilir. Onun dəqiq təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur. Şirkət özü də smartfon barədə məlumat verməyə tələsmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple 2030-cu ildə AR funksiyalara sahib kontakt linzalar təqdim edəcək

Apple şirkətinin məhsulları barəsində proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo Apple şir..


Microsoft Edge brauzeri riyazi tapşırıqları həll etməyi öyrənib

Microsoft özünün Edge brauzeri üçün çox faydalı bir funksiyanı test edir.


Analitiklər elektromobillər ilə adi avtomobillərin ətraf mühitə verdikləri zərər..

Elektrikli mühərrikə sahib avtomobillər hər il məşhurlaşmağa davam edirlər.


Tesla-nın 5-ci səviyyəli avtopilot sistemi gözlənildiyindən daha tez istifadəyə ..

Twitter-dəki abunəçiləri ilə söhbət edən zaman Elon Musk Tesla elektromobillərində nə zaman tam avto..


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..

×