Logo

    Cannes Lions 2026

    Filterlə
    cannes-lions-beynelxalq-yaradiciliq-festivalinin-son-qalibleri-aciqlandi
    Digər

    "Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son qalibləri açıqlandı

    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son mükafatlandırma mərasimində builki festivalın son “Şir”ləri də sahiblərini tapdı. Final gecəsində “Glass: The Lion for Change”, “Sustainable Development Goals”, “Film”, “Dan Wieden Titanium” və “Grand Prix for Good” kateqoriyaları üzrə qaliblər elan olundu. Bu gün həm də tarixi nəticələrlə yadda qaldı. Keniya festival tarixində ilk qran-prisini qazandı, müstəqil agentlik “Mother London” isə “Film Lions”un ən yüksək mükafatına layiq görüldü.
    cannes-lions-4-cu-gununde-innovativ-strateji-ve-yaradici-layiheleri-mukafatlandirir
    Digər

    "Cannes Lions" 4-cü günündə innovativ, strateji və yaradıcı layihələri mükafatlandırır!

    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın dördüncü mükafatlandırma mərasimində biznes, strategiya, lüks, brend təcrübəsi, kommersiya və innovasiya istiqamətlərini əhatə edən kateqoriyalar üzrə qaliblər elan olundu. “Creative Business Transformation”, “Creative Effectiveness”, “Creative Strategy”, “Luxury”, “Brand Experience & Activation”, “Creative Commerce” və “Innovation” kateqoriyalarında təqdim olunan mükafatlar yaradıcılığın təkcə ünsiyyət vasitəsi deyil, həm də biznesi dəyişdirən real güc olduğunu göstərdi. Bu gün Yunanıstan “Creative Business Transformation” kateqoriyasında ilk qran-prisini qazandı, Kanada isə “Innovation” kateqoriyasında həftənin ikinci qran-prisini əldə etdi.
    cannes-lions-festivalinin-en-guclu-layiheleri-ucuncu-gunun-qalibleri
    Digər

    "Cannes Lions" festivalının ən güclü layihələri: Üçüncü günün qalibləri

    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” üçüncü mükafatlandırma mərasimində “Creative Data”, “Media”, “Direct”, “PR” və “Social & Creator” kateqoriyaları üzrə builki qalibləri elan etdi. Bu gecə, xüsusilə, Peru və Puerto-Riko üçün yaddaqalan oldu.
    yaradiciliq-cannes-lionsda-parlamaga-davam-edir-ikinci-gunun-qalibleri
    Digər

    Yaradıcılıq "Cannes Lions"da parlamağa davam edir: İkinci günün qalibləri

    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın ikinci mükafatlandırma mərasimində əyləncə və sənətkarlıq istiqamətlərini əhatə edən 8 kateqoriya üzrə qaliblər elan olundu. “Entertainment”, “Entertainment Lions for Gaming”, “Entertainment Lions for Music”, “Entertainment Lions for Sport”, “Design”, “Digital Craft”, “Film Craft” və “Industry Craft” kateqoriyalarında təqdim olunan mükafatlar bu il də yaradıcılığın brendlərlə mədəniyyət arasında necə körpü qurduğunu nümayiş etdirdi.
    73-cu-cannes-lions-festivalinin-ilk-qalibleri-bellidir
    Digər

    73-cü "Cannes Lions" festivalının ilk qalibləri bəllidir!

    "Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı" yaradıcı fərdləri, sənaye liderlərini və gənc istedadları yenidən bir araya gətirərək yaradıcılığın qlobal mərkəzi olduğunu bir daha sübut etməyi hədəfləyir. 73-cü dəfə keçirilən festivalın ilk günündə “Audio & Radio”, “Creative Brand”, “Creative B2B”, “Health & Wellness”, “Outdoor”, “Pharma” və “Print & Publishing” kateqoriyaları üzrə qaliblər elan olundu.