google chrome arxivi
62 xəbər, 4 səhifə - 2-ci səhifə
Tech-Biznes
Perplexity şirkəti Chrome-u 34.5 milyard dollara almağı təklif edib
Perplexity şirkəti Google Chrome brauzerini 34.5 milyard dollara almaq təklifi ilə çıxış edib. Bu məbləğ süni intellekt sahəsində çalışan startapın bazar dəyərindən (18 milyard dollar) demək olar ki, 2 dəfə çoxdur.
Proqram Təminatı
Google Chrome-da mağazaların süni intellekt icmalları istifadəyə veriləcək
Google Chrome brauzerində süni intellektdən istifadə edərək internet mağazaları haqqında qısa icmallar yaradan yeni funksiyanı təqdim edib.
Təhlükəsizlik
Chrome mağazasında brauzer üçün təhlükəli əlavələr aşkar edilib
Kibertəhlükəsizlik üzrə mütəxəssislər müəyyən ediblər ki, Chrome mağazasından 1.7 milyon dəfədən çox yüklənmiş 11 zərərli brauzer əlavəsi (extension) istifadəçiləri izləyə, brauzer tarixçəsini ələ keçirə və onları təhlükəli saytlara yönləndirə bilərmiş.
Proqram Təminatı
Yeni Chrome köhnə Android cihazlarda dəstəklənməyəcək
Google Chrome 139-un buraxılışına hazırlaşdığını elan edib. Məlum olub ki, mobil brauzerin sistem tələbləri növbəti dəfə dəyişəcək. Lakin bu dəfə söhbət prosessor modelindən deyil, smartfona quraşdırılmış Android versiyasından gedir.
Proqram Təminatı
Chrome brauzerinin müəyyən Apple cihazlarında dəstəyi dayandırılacaq
Məlum olub ki, hazırda Google tərəfindən sınaqdan keçirilən Chrome internet brauzerinin növbəti versiyası Apple iOS 16 əməliyyat sistemi ilə işləyən cihazları dəstəkləməyəcək.
Təhlükəsizlik
Zərərli Chrome əlavələri milyonlarla istifadəçinin məlumatlarını oğurlayıblar
Chrome brauzeri üçün zərərli əlavələrin (extensions) yayılması ilə bağlı genişmiqyaslı kampaniya barədə məlumat ortaya çıxıb. DomainTools Intelligence (DTI)-nin məlumatına görə, naməlum haker qrupu 2024-cü ilin fevralından etibarən 100-dən çox saxta sayt və brauzer əlavəsi yaradıb.
Proqram Təminatı
Chrome zəif və sındırılmış şifrələri avtomatik dəyişə biləcək
Google I/O 2025 konfransında şirkət Chrome brauzeri üçün yeni funksiyanı elan edib. Bu funksiya zəif və ya təhlükəsizliyi pozulmuş şifrələri avtomatik olaraq yeniləyə biləcək.
Proqram Təminatı
Google Gemini köməkçisi Chrome brauzerinə inteqrasiya edilib
Google şirkəti öz süni zəka köməkçisi Gemini-ni Chrome brauzerinə inteqrasiya etdiyini elan edib. Google Labs bloqunda tərtibatçılar tərəfindən yayımlanmış məlumatda bildirilir ki, ilkin mərhələdə Gemini istifadəçi tərəfindən baxılan istənilən veb səhifədəki mürəkkəb məlumatları dəqiqləşdirə və ya ümumiləşdirə biləcək.
Proqram Təminatı
Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
Google şirkəti Chrome brauzer istifadəçilərini onlayn dələduzluqdan qorumaq üçün süni zəka əsaslı yeni alətlər təqdim edib. Yenilik, istifadəçinin cihazında lokal şəkildə işləyən böyük dil modeli (LLM) olan Gemini Nano ilə bağlıdır.
Tech-Biznes
Google-a qarşı antimonopoliya iddiası Firefox-un süqutuna səbəb ola bilər
ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antiinhisar iddiası Firefox-un mövcudluğunu təhlükə altına sala bilər. Mozilla şirkəti xəbərdarlıq edib ki, axtarış nəhəngi ilə tərəfdaşlıq münasibətlərinin itirilməsi, brauzerin əsas maliyyə mənbəyinin itməsinə görə fəlakətli nəticələrə səbəb ola bilər.
Proqram Təminatı
Chrome-un Android versiyası sonunda PDF faylların açılması imkanını əldə edib
Google nəhayət ki, Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına daxili PDF oxuyucusu əlavə edib. Artıq PDF fayllarını açmaq üçün Google Drive kimi üçüncü tərəf tətbiqlərdən istifadə etməyə ehtiyac qalmayacaq.
Tech-Biznes
Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır
Perplexity şirkəti, əgər məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etsə, onu almağa hazır olduğunu bəyan edib. Bununla belə, şirkət bildirir ki, Chrome-un Google ekosistemində qalması, onun OpenAI-nin nəzarətinə keçməsindən daha məqsədəuyğundur, çünki bu hal Chromium layihəsinin açıqlığını və sabitliyini təhlükə altına qoya bilər.
Tech-Biznes
OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib.
Proqram Təminatı
Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar
Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.
Tech-Biznes
ABŞ hökuməti Google şirkətini Chrome brauzerini satmağa məcbur edəcək
ABŞ Ədliyyə Nazirliyi təsdiqləyib ki, Google öz biznesini bölməli olacaq və xüsusilə Chrome brauzerini satmağa məcbur ediləcək. Məlumata əsasən bu tələb yeni məhkəmə sənədində öz əksini tapıb.
Proqram Təminatı
Chrome brauzerinə süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası əlavə edilib
Google Chrome brauzerinin tərtibatçı komandası brauzerə real zaman rejimində zərərli saytlar, yükləmələr və genişlənmələrdən (extensions) qorunmaq üçün süni zəka əsaslı "Enhanced Protection" (Gücləndirilmiş Mühafizə) funksiyasını inteqrasiya edib.
Proqram Təminatı
Google Chrome istifadəçi hesablarının şifrələrini avtomatik şəkildə dəyişə biləcək
Şifrələrin dəyişdirilməsi internet təhlükəsizliyinin vacib bir hissəsidir. Lakin çox sayda istifadəçi hesabı olduğuna görə bu proses getdikcə çətinləşir.
Proqram Təminatı
Google Chrome üçün dələduz və hakerlərdən qoruyacaq süni zəka əsaslı...
Google şirkəti Chrome brauzeri üçün süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası hazırlayıb. Hazırlanmış yeni təhlükəsizlik funksiyası istifadəçilərin şifrə və bank kartı məlumatları da daxil olmaqla konfidensial məlumatlarının oğurlanmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Proqram Təminatı
Chrome brauzerinin süni zəka köməkçisi sərgilənib (VİDEO)
Google şirkəti Chrome brauzeri çərçivəsində istifadəçinin istənilən əmrini yerinə yetirə bilən süni zəka köməkçisini sərgiləyib. Daha öncə bu virtual köməkçi Jarvis adı ilə tanınırdı. Lakin şirkət indi onu Project Mariner adı altında təqdim edib.
Tech-Biznes
Google-dan Chrome brauzerinin satılması tələb ediləcək
ABŞ Ədliyyə Nazirliyi, Google şirkətinə qarşı qaldırılmış antimonopoliya məhkəmə ittihamının məhkəmə prosesini icra edən hakim Amit Mehta-ya sabah müraciət edəcək. Öz müraciətində nazirlik hakimdən şirkətin öz Chrome brauzerini satmasına istiqamətlənmiş qərarı verməsini tələb edəcək.