
Google Pixel 9a gözlənildiyindən daha tez təqdim oluna bilər
Cihazlar+
04.10.2024
Emil
Google şirkəti bu ayın ortasında Pixel 9 smartfonlarını təqdim etdi. Pixel 9 smartfon seriyasına adi Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil oldular. İndi isə şirkət Google Pixel 9a adlı orta büdcəli model üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən hazırlanan bu yeni orta büdcəli smartfon gözlənildiyindən daha tez təqdim edilə bilər.
Google adətən Pixel a smartfonlarını hər ilin may ayında keçirilən Google I/0 konfransı çərçivəsində təqdim edir. Lakin insayderlər xəbər veriblər ki, Pixel 9a gələn ilin mart ayında təqdim olunacaq. Təqdimat müddətinin dəyişməsi Pixel 9 modelləri ilə də baş verdi. Belə ki, şirkət əsas Pixel modellərini adətən oktyabr ayında təqdim edirdi. Lakin bu il onlar avqust ayında təqdim olundular. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Pixel 9a-nın render fotoları təqdim olundu.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
