
Honor Magic 6 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
Cihazlar+
29.01.2024
Emil
Honor şirkəti gələn ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirakını elan edib. Şirkətin sözügedən sərgi çərçivəsində təqdimat tədbiri 25 fevral tarixində baş tutacaq. Honor tərəfindən təqdim edilmiş posterə əsasən MWC 2024 sərgisi çərçivəsində şirkət Magic 6 smartfon seriyasının qlobal versiyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, Magic 6 smartfon seriyası Çində bu ayın əvvəlində təqdim edilmişdi. Sərgidə Magic 6 smartfon seriyası ilə yanaşı həmçinin qatlana bilən Honor Magic V2 RSR Porsche Design smartfonunun da qlobal versiyasının təqdimatı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
