Huawei P60 Pro ilə qatlana bilən Mate X3-ün qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

Huawei P60 Pro ilə qatlana bilən Mate X3-ün qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
10.05.2023 PAYLAŞIM

    Huawei keçən ay Çində P60 smartfon seriyasını və qatlana bilən Mate X3 smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu smartfonların qlobal versiyalarını təqdim edib. Qeyd etmək lazımdır ki, Çində baş tutmuş təqdimat çərçivəsində şirkət P60 smartfon seriyasında 3 modeli sərgiləmişdi. Huawei P60, P60 Pro P60 Art. Lakin şirkət qlobal bazarda yalnız P60 Pro-nu təqdim edib. Beləliklə adi P60 ilə P60 Art modelləri yalnız Çin bazarında satışdadırlar. Huawei P60-ın Çin bazarı üçün nəzərdə tutulmuş versiyası ilə qlobal versiyanın arasında texniki özəlliklər baxımından demək olar heç bir fərq yoxdur.

    Sadəcə olaraq qeyd etmək lazımdır ki, smartfonun qlobal variantı iki versiyada təqdim olunur. Onlardan biri 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, digəri isə 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahibdir. Birinci versiya 1200 avroya, ikinci versiya isə 1400 avroya satılır. Qatlana bilən Mate X3 smartfonuna gəldikdə isə onun qlobal variantının satışlarına 22 may tarixində start veriləcək. Smartfonun qlobal variantı bir versiyada təqdim edilib və o, 12 GB RAM ilə 512 GB daxili yaddaş həcminə sahibdir. Huawei Mate X3 smartfonu 2200 avro qiymətində satışa çıxacaq.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×