Süni İntellekt arxivi
2839 xəbər, 142 səhifə - 1-ci səhifə
Süni İntellekt
Architect Labs AI ilə hazırlanmış CPU arxitekturasını təqdim etdi
“Architect Labs” süni intellekt agentlərinin “Frostbite” CPU arxitekturasını sıfırdan hazırladığını deyir. Simulyasiya 4,59 dəfə yüksək enerji səmərəliliyi göstərib, lakin fiziki çip hələ hazırlanmayıb.
Süni İntellekt
WollyMonjac köhnə DOS kompüterləri üçün 1 disketlik dil modeli hazırlayıb
“Tiny 2.1” adlı kiçik dil modeli 1 disketə yerləşdirilib. DOS üçün hazırlanan proqram 367 000 parametrə malikdir və işləmək üçün cəmi 540 KB boş yaddaş istəyir.
Süni İntellekt
OpenAI-ın AI agentləri 2-4 saatlıq işlərin 46 faizini təkbaşına görür
“OpenAI” bildirir ki, AI agentləri 2 saatdan 4 saata qədər vaxt aparan tədqiqat tapşırıqlarının 46 faizini müstəqil bitirir. Texniki işlərdə insan nəzarəti hələ də vacibdir.
Süni İntellekt
Etsy satıcıların işlərini təqlid edən süni intellekti öyrətməyəcək
“Etsy” yeni şərtlərə etirazlardan sonra satıcıların işlərini təqlid edən AI modelləri hazırlamayacağını deyib. Qaydalar dekabrın 16-da qüvvəyə minəcək, lakin məzmun bəzi AI alətlərində işlədiləcək.
Süni İntellekt
Google materialları interaktiv sayta çevirən AI funksiyasını təqdim etdi
“Google” yeni “Gemini Notebook” funksiyası ilə yüklənmiş mənbələrdən interaktiv sayt yaradır. Funksiya kliklənən bölmələr, kartlar və testlər hazırlaya bilir.
Süni İntellekt
2 RTX 3090-lı ev serveri 2,8 trilyon parametrli AI modelini...
İki “RTX 3090” və “Optane” yaddaşı ilə qurulan ev serveri 2,8 trilyon parametrli “Kimi K3” modelini saniyədə 3,11 token sürətlə işlətdi. RAM diski generasiyanı 41% sürətləndirdi.
Süni İntellekt
Tufa Labs-in AI sistemi 1 GB mətni itkisiz 105,39 MB-a...
“Tufa Labs” şirkətinin “tufazip” sistemi “Wikipedia” mənbəsindən götürülmüş 1 GB mətni itkisiz olaraq 105,39 MB həcmə sıxıb. Təcrübə 7 gündən çox çəkib.
Süni İntellekt
Riyaziyyatçı Alpöge Claude ilə Riemann hipotezinə sübut tapdığını deyir
“Anthropic” riyaziyyatçısı Levent Alpöge “Claude” ilə 167 illik Riemann hipotezini sübut etdiyini deyir. Təsdiqlənməyən iş 1 milyon dollar (1,7 milyon manat) mükafata namizəddir.
Süni İntellekt
Nothing ekransız süni intellekt cihazını 8 dekabrda təqdim edəcək
“Nothing” 8 dekabrda ekransız süni intellekt cihazını təqdim edəcək. Sızan fotoda kameralı və 2 uzunsov hissəli qeyri-adi dizayn görünür, qiymət isə açıqlanmayıb.
Süni İntellekt
Hüquqşünas 12 işlənmiş Nvidia kartlı AI serverini 16 min manata...
Hüquqşünasın 9450 dollara (təxminən 16070 manat) qurduğu şəxsi AI serveri 12 işlənmiş “Nvidia V100” ilə “DeepSeek V4.1 Flash” modelində 184 token/saniyə sürətinə çatıb.
Süni İntellekt
Alimlər 5 tonluq John Deere yükləyicisinə akrobatika öyrədiblər
“John Deere 332G” 5 tonluq yükləyici süni intellektlə 2 təkər üzərində hərəkət edir, fırlanır və çalovunu idarə edir. Sistem əvvəlcə simulyasiyada öyrədilib, sonra real maşına köçürülüb.
Süni İntellekt
OpenAI süni intellektlə AMD-nin flaqman çip dizaynlarını təkmilləşdirib
“OpenAI” süni intellekt modelləri ilə “AMD”-nin yeni flaqman GPU sxemlərində PPA göstəricisini 14%-dək yaxşılaşdırıb. Adi üsulla 1 il çəkən iş 5 aydan az müddətdə tamamlanıb.
Süni İntellekt
OpenAI Dots AI köməkçisini bəzi ChatGPT Plus abunəçiləri ilə sınayır
“OpenAI” aylıq 20 dollarlıq “ChatGPT Plus” paketində “Dots” agentlərini məhdud qrupla sınayır. Daim aktiv köməkçi bütün “ChatGPT Business Standard” istifadəçilərinə də açılır.
Süni İntellekt
Meta smartfonsuz işləyən Muse Charm süni intellekt cihazı hazırlayıb
Cib ölçülü “Muse Charm” cihazının 300 dollara satılacağı gözlənilir. 2 düymlük cihaz “Muse AI” ilə telefonsuz danışmağa və 5G bağlantısından istifadə etməyə imkan verəcək.
Süni İntellekt
Apple Mac tətbiqlərini insan kimi idarə edən AI agenti hazırlayır
“Apple” “Mac” kompüterində tətbiqləri, brauzeri və kodu idarə edə bilən AI agenti hazırlayır. İlkin mərhələdə olan köməkçinin təqdimatı 2027-ci ilin sonuna nəzərdə tutula bilər.
Süni İntellekt
Google Gemini-nin Mac tətbiqinə kompüteri idarə edən funksiya əlavə etdi
“Google” macOS üçün “Gemini” tətbiqinə kompüteri idarəetmə imkanı əlavə edib. Süni intellekt fayllar, tətbiqlər və saytlar arasında çoxmərhələli tapşırıqları yerinə yetirir.
Süni İntellekt
Meta-nın Muse AI köməkçisi şəxsi məlumatları yad istifadəçilərə göstərib
“Meta” əməkdaşları “Muse” AI agentinin söhbətləri qarışdıraraq bank qalıqları və “Signal” mesajları kimi şəxsi məlumatları icazəsiz göstərdiyini bildiriblər.
Süni İntellekt
Anthropic tarixin ən böyük IPO-su ilə Nasdaq birjasına çıxdı
“Anthropic” tarixin ən böyük IPO-su ilə birjaya çıxıb. Dario Amodei təhlükəsizliyə əminlik yaranmadan süni intellekt sistemlərinin istifadəyə verilməyəcəyini bildirib.
Süni İntellekt
OpenAI ChatGPT-də danışığı canlı mətnə çevirən funksiyanı təqdim etdi
“ChatGPT” üçün yayılan “Live Dictation” funksiyası səsi danışıq zamanı mətnə çevirir. Yenilik bütün planlarda işləyir və 10 dəqiqəlik yazı limitini aradan qaldırır.
Süni İntellekt
Scout Motors zavod işçilərini AI dəstəkli qulaqlıqla hazırlayır
“Scout Motors” tikilməkdə olan zavodunda işçiləri AI dəstəkli qulaqlıqla öyrədir. Sistem tapşırıqları real vaxtda izah edir, işə qəbul və vəzifə bölgüsünə də kömək edir.