
Apple Intelligence ekosisteminin təqdimatından sonra şirkət səhmlərinin ümumi dəyəri artıb
Tech-Biznes
12.06.2024
Emil
Apple şirkəti 10 iyun tarixində start götürmüş WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemini təqdim edəndən sonra onun səhmlərinin ümumi dəyəri yenidən yüksəlib. Belə ki, təqdimatdan sonra şirkətin bir səhminin qiyməti 205.05$-a kimi yüksəlib. Bu isə birjadakı səhm satışlarının bir günü ərzində 6%-lik yüksəliş deməkdir. Qeyd etmək lazımdır ki, iOS 18 çərçivəsində istifadəyə veriləcək
Apple Intelligence ekosistemi Apple şirkətinin çoxlu sayda cihazına süni zəka imkanlarını inteqrasiya etməlidir. Bu ekosistem özündə yenilənmiş Siri-ni və mətn ilə fotolarla çalışmağı bacaran generativ süni zəka texnologiyasını birləşdirir. Üstəlik Apple Intelligence ekosistemi çərçivəsində şirkət öz cihazlarına OpenAI şirkətinin ChatGPT çat-botunu inteqrasiya edəcək. Bu imkanlar il ərzində istifadəçilərə təqdim edilməlidir. Bu cür yeniliklər isə investorların Apple şirkətinə maraqlarını artırır və nəticədə Apple səhmlərinin ümumi dəyərində yüksəlmə müşahidə edilir.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
