Logo
    main-post-cover

    Huawei Smart Band 8 smart qolbağı təqdim edilib - QİYMƏTİ

        Huawei şirkəti nova 11 smartfon seriyası və Enjoy 60X smartfonu ilə yanaşı həmçinin Smart Band 8 adlı smart qolbağını da təqdim edib. Smart Band 7-dən fərqli olaraq Smart Band 8 modeli daha yüngül və nazik gövdəyə, o cümlədən genişləndirilmiş imkanlara sahibdir. Beləliklə Huawei Smart Band 8 qolbağı 368x194 piksel keyfiyyətli 1.47 düym AMOLED ekran ilə təchiz olunub və ekran Always-on-Display funksiyasını dəstəkləyir. Smart qolbağın gövdəsinin qalınlığı 8.99 mm, çəkisi isə 14 qramm təşkil edir.
        Bununla yanaşı qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Huawei Smart Band 8-ə TrueSeen 5.0 adlı sensoru inteqrasiya edib. Bu sensor istifadəçinin ürək döyüntülərini və qanındakı oksigen miqdarını 24 saat ərzində ölçmək üçün nəzərdə tutulub. Bundan əlavə olaraq smart qolbaqda istifadəçinin yuxu keyfiyyətinə nəzarət etmək üçün TrueSleep 3.0 adlı sensor var və smart qolbaq üstəlik 100-dən çox idman rejimini dəstəkləyir.
        Huawei bildirib ki, adi çalışma rejimində Smart Band 8 qolbağı 14 gün ərzində, intensiv çalışma rejimində isə 9 gün ərzində çalışa bilir. Smart Band 8 qoşulu olduğu smartfona təkcə daxil olan mesajları oxumağa deyil həmçinin distant şəkildə smarttfonun kamerasının idarəsinin reallaşdırmağa və musiqini işə salmağa imkan verir. Smart qolbaq artıq Çində satışa çıxıb. Onun adi versiyası 31$-a, NFC çipə sahib versiyası isə 45$-a satılır. Smart Band 8-in qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər