Məsləhətli App #8: 'Truecaller' - Tanımadığınız nömrənin kimə məxsus olduğunu tapmağa kömək edən tətbiq (İCMAL)

Məsləhətli App #8: 'Truecaller' - Tanımadığınız nömrənin kimə məxsus olduğunu tapmağa kömək edən tətbiq (İCMAL)

Texnologiya
31.07.2017 PAYLAŞIM

Demək olar ki, tez-tez reklam xarakterli zənglərin, mesajların gəlməsi adi hal olub. Əhəmiyyətli bir görüşdə, ciddi bir toplantıda olduqda və ya ən pisi cihazın enerjisinin bitməsinə az qalarkən gələn bu zənglər, mesajlar insanları olduqca narahat edir. Lakin təəssüf ki, bu reklamları ləğv etmək əlimizdə deyil. Tamamilə mobil operatorlardan asılı olan bu xidmətlərin bəzilərinə isə artıq çoxdan "STOP" yazıb yollamışıq. Bu gün ki, məsləhətimiz olan Truecaller tətbiqi sizə reklam xarakterli zəng və ya mesajları əngəlləmək işində kömək edəcək. Sözü çox uzatmadan Truecaller-in özəllikləri və təqdim etdiyi imkanlar ilə tanış olaq.

Truecaller nədir?

Truecaller tətbiqi narahat edən nömrələri yaddaşında saxlayan və tətbiqi istifadə edən insanların bu nömrələrdən gələn zəngləri istədikləri kimi idarə etməsinə kömək edən uğurlu bir tətbiqdir. Gələn zəng və ya mesajın reklam xarakterli (və ya digər narahat edən) nömrələrdən olduğunu bildirən Truecaller tətbiqi istifadəçilərin bu vəziyyəti öz istədiklərini kimi idarə etməsinə şərait yaratdığı kimi, həm də bu "qara" siyahıya istənilən nömrənin əlavə edilməsinə icazə verir.


Truecaller necə istifadə olunur?

Öncədən qeyd edək ki, Truecaller-də "Azərbaycan dili" dəstəyi yoxdur və buna görə də istifadə qaydalarının bəzi hissələrini daha çox anlaşılan "türk dili" ifadə edəcəyik.

- İlk olaraq smartfonunuzun əməliyyat sisteminə uyğun olaraq Truecaller tətbiqini Google Play və ya App Store-dan yükləyin. 

- Tətbiqi açın və sonra kontakt siyahınız üçün tələb olunan icazəni verin. ( Bu icazənin mahiyyəti xəbərin sonunda daha ətraflı izah olunacaq)

- Tətbiqdə qarşınıza çıxan "istenmeyen" düyməsinə toxunaraq ölkəmizdəki qeyd olunan yuxarıda qeyd olunan tip nömrələri görə bilərsiniz. "Bir Numara Ekle" düyməsinə toxunaraq bu siyahıya nömrə və ad qeyd etmək şərti ilə narahatedici nömrələri əlavə edə bilərsiniz.

- "İstenmeyen" hissəsindəki olan "En çok engellenen" düyməsinə toxunub "Şimdi Güncelle" etdiyinizdə ən son qeyd olunan nömrələrdən gələn zəng və mesajlardan xilas olursunuz.

Truecaller-in təqdim etdiyi imkanlar:

1. Ölkədaxili və xarici bütün mobil nömrələri axtarış edə bilərsiniz.

2. Tanımadığınız mobil nömrənin kimə məxsus olduğunu bilin.

3. Zəng etməsini istəmədiyiniz və ya reklam xarakterli nömrələri əngəlləyin.

4. Truecaller vasitəsilə istədiyiniz insanı Twitter-də izləyin və ya ona tweet yollayın.

5. Daha sürətli əməliyyat axtarış nəticələri üçün Yelp! inteqrasiyası.

Sonda tətbiqin işləmə prinsipinə də aydınlıq gətirək. Truecaller tətbiqi bir müddət öncə ölkədə istifadəsinə qadağa qoyulan Mage tətbiqi kimi qurulduğu cihazdakı bütün mobil nömrələri öz yaddaşında saxlayır. Həmin mobil nömrələrdən hər hansısa biri başqa bir istifadəçi tərəfindən axtarış edildikdə nömrənin məxsus olduğu şəxsin adının görünməsinə səbəb budur. İstifadə qaydalarında qeyd etdiyimiz tətbiqin tələb etdiyi icazə tam da bu məqsədi daşıyır. Buna görə də tətbiqlərin tələb etdiyi bu tip icazələri rədd etməniz məsləhət görülür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×