main-post-cover

    Redmi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    29.11.2023
    Emil Nəcəfov
         Redmi K70 smartfon seriyası və Redmi Watch 4 smart saatı ilə yanaşı həmçinin Redmi Buds 5 Pro naqilsiz qulaqlığı da təqdim olunub. Bu yeni naqilsiz qulaqlıq adi Redmi Buds 5-dən həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından tamamilə fərqlənir. Redmi Buds 5 Pro qulaqlıqlarında 10 11 mm-lik hibrid audio drayverlərdən istifadə edilir. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər və bu funksiya sayəsində onlar ətraf səs-küyü 52 dB-ə (desibel) kimi boğa bilirlər.
         Səsin ötürülməsi zamanı keyfiyyətin itməməsi üçün qulaqlıqlar həmçinin LHDC 5.0 и LHDC Lossless audio kodeklərini dəstəkləyirlər. Redmi Buds 5 Pro bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində isə bu göstərici 38 saat təşkil edir. Redmi sözügedən qulaqlıqlarda sürətli şarj texnologiyasının dəstəyini reallaşdırıb. Sürətli şarj texnologiyası vasitəsilə 5 dəqiqəlik şarj sonrası qulaqlıqlar 2 saat ərzində çalışa bilirlər. Redmi Buds 5 Pro-nun qiyməti 56$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Watch 4 smart saatı təqdim edilib - QİYMƏTİ
    redmi-watch-4-smart-saati-teqdim-edilib-qiymeti
    Redmi K70, K70 Pro və K70E təqdim olunub - QİYMƏTİ
    redmi-k70-k70-pro-ve-k70e-teqdim-olunub-qiymeti
    Redmi K70 smartfon seriyasına xüsusi gaming model daxil olacaq
    redmi-k70-smartfon-seriyasina-xususi-gaming-model-daxil-olacaq
    Büdcəli Redmi 13C 5G smartfonunun nə zaman təqdim olunacağı məlum olub
    budceli-redmi-13c-5g-smartfonunun-ne-zaman-teqdim-olunacagi-melum-olub
    Təqdimatdan bir gün öncə Redmi K70 və K70 Pro-nun yeni real fotoları ortaya çıxıblar
    teqdimatdan-bir-gun-once-redmi-k70-ve-k70-pro-nun-yeni-real-fotolari-ortaya-cixiblar