Logo
    main-post-cover

    Xiaomi Mi Band 8 smart qolbağı təqdim edilib - QİYMƏTİ

        Xiaomi şirkəti Xiaomi 13 Ultra smartfonu və Xiaomi Pad 6 planşetlərindən əlavə olaraq Mi Band 8 smart qolbağını da təqdim edib. Şirkətin yeni smart qolbağı kəmərlərin bərkidilməsi üçün nəzərdə tutulmuş tamamilə yeni konstruksiyanı əldə edib. Bunun sayəsində Mi Band 8-i fərqli üsullar vasitəsilə daşımaq olar. Beləliklə Mi Band 8 smart qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 326x326 piksel keyfiyyətli 1.62 düym AMOLED ekran ilə təchiz olunub.
        Qolbağın ekranı həmçinin Always-on-Display funksiyasının dəstəyinə sahibdir. Mi Band 8 modeli 150 idman rejimini dəstəkləyir və istifadəçinin ürək döyüntülərini, qanındakı oksigen miqdarını ölçə bilir. Əlavə olaraq smart qolbaq istifadəçinin yuxu keyfiyyətinə də nəzarət edir. Bir dəfə şarj olunandan sonra qolbaq 16 gün ərzində çalışa bilir. Daha əvvəlki Mi Band modellərində smart qolbaq rezin kəmərin daxilinə yerləşdirilirdi. Lakin Mi Band 8-də isə qolbaq kəmərə smart saatlarda olduğu kimi bərkidilir.
        Bunun sayəsində smart qolbağı boyundan asılmış boyunbaq kimi gəzdirmək və ya onu ayaqqabıya bərkitmək olar. Xiaomi bildirib ki, smart qolbağın ayaqqabıya bərkidilməsi halında cihaz həmçinin atılan addımların uzunluqlarını və ayağın yerə hansı güclə dəydiyini ölçür. Mi Band 8 ilk növbədə Çində satışa çıxacaq və müəyyən müddətdən sonra qlobal bazarda satılacaq. Çində smart qolbağın adi versiyası 36$, NFC-yə sahib versiyası isə 44$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər