
Yeni naqilsiz Honor Earbuds 3i qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
23.11.2022
Emil
Honor şirkəti bugünki təqdimat tədbiri çərçivəsində qatlana bilən Honor Magic Vs smartfonu və Honor 80 smartfon seriyası ilə yanaşı həmçinin yeni naqilsiz qulaqlıqlarını da təqdim edib. Söhbət, Honor Earbuds 3i-dən gedir. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlıqlar vakuum konstruksiyaya, istifadəçinin qulaqlarının təyin edilməsi funksiyasına və Bluetooth 5.2 texnologiyasına sahibdirlər.

Ən əsası da odur ki, Honor Earbuds 3i qulaqlıqları ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyirlər. Bu funksiya ətraf səs-küyü 32 dB-ə (desibel) kimi boğa bilir. Qulaqlıqlar şarj keysi vasitəsilə 32 saat ərzində çalışa bilirlər. Keysin şarj prosesi isə USB Type-C girişi vasitəsilə reallaşdırılır. Qulaqlıqların gövdələrində sensorlu idarəetmə panelləri mövcuddur. İstifadəçi dinlədiyi musiqiləri məhz həmin sensorlu idarəetmə panelləri vasitəsilə idarə edə bilər. Honor Earbuds 3i 2 dekabr tarixində Çində satışa çıxacaq və 70$ qiymətində satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
