main-post-cover

    9 sentyabr Apple-ın təqdimatı haqqında yazılı icmal.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ·Apple Watch-un yeni rəngləri
    Konfransın əvvəlində jurnalistləri salamlayaraq Tim Kuk səhnəyə çıxdı və Apple Watch-un uğurlu satışı, yenilənmiş WatchOS 2 haqqında bir neçə kəlimə məlumat verdi. Bu günə kimi Apple saatları üçün 10.000-dən artıq tətbiqetmə hazırlanıb. Facebook istifadəçiləri artıq saatları üçün tam funksional Messenger-ə sahibdirlər. Budan əlavə saatlar üçün yeni Hermes kəmərləridə satışa buraxılıb.


    Həmçinin iki yeni saatlar artıq üç yeni çəhrayi qızılı, aliminium qızılı və space black rənglərində satışa çıxarılacaq.

    WatchOS 2 isə 16 sentyabrda istifadəyə veriləcək.
    ·Böyük iPad Pro
    Dünyanın ən məhşur planşeti olan iPad-a sıra gəldi. Yeni... Və bu günə kimi buraxılan ən böyük iPad. Adı isə təxmin olunan kimi iPad Pro-dur.


    Ekran dioqanalı 12.9 dyüm, 5.6 milyon pikseldir. iOS 9-da gözlənilən bütün yenilikləri özündə cəmləyən bu planşetin daxilində A9X prossessoru işləyir. Yeni iPad-in korpusunda 4 yeni dinamik var. iPad Pro üçün Apple əlavə keyboard fikirləşib. Smart keyboard. O planşetə 3 maqnit kontakt vasitəsilə qoşulur. iPad Pro təkcə klaviatura ilə yox diqqət (!!!) stiluslada təmin olunub. Apple Pencil – şirkətin istehsal etdiyi ilk stilusdur.

     
    Daha sonra isə səhnədə qəribə hadisələr baş verdi. Əvvəl "Microsoft” daha sonra isə "Adobe” səhnəyə dəvət olundu. Hər iki şirkət Apple Pencil-ın keyfiyyətindən və rahatlığından danışmağa başladı. Qısaca bu şəkil yeni iPad Pro-nun bütün xarakteristikalarını sizlərə çatdırmağa bəs edir:


    Qiymətlər isə aşağıdakı kimidir:


    Apple Pencil və Smart Keyboard isə ayrıca satılır. Qiymətləri müvafiq olaraq: 99$ və 169$-dır.
    iPad Mini fanatları üçün də Apple surpriz hazırlayıb. Yeni iPad Mini 4. Qısaca onu deyək ki, iPad Air 2-nin mini korpusda olan formasıdır.
    ·Yenilənmiş Apple TV
    Növbəti yenilik Apple TV oldu. Yeni cihaz digərlərindən təkcə ölçüsünə görə yox bir çox yenilikləri ilədə fərqlənir.


    Bu köhnəlmiş cihazın yenidən reinkarnasiyası oldu:
    -Yeni pult
    -Siri
    -Apple Store
    -Apple Music
    Tamamilə yenilənmiş pult iki hissədən ibarətdir: Düymələrdən ibarət aşağı və sensor yuxarı hissə. Siri artıq Apple TV-nin ayrılmaz hissəsidir. Sirini aktiv etmək üçün pultdakı müvafiq düyməni sıxmaq lazımdır. Artıq Apple TV-nın öz əməliyyat sistemi var: tvOS


    Artıq Apple TV-də tvOS üçün hazırlanmış oyunlar oynamaq olar.
    Yeni Apple TV-nin xarakteristikası:


    ·iPhone 6S və 6S Plus
    Ən gözəli isə Apple ən sona saxladı. Yeni iPhone 6S və 6S Plus!


    İlk öncə yeni rəng: çəhrayı qızılı. İkinci yeni ekran texnologiyası – 3D Touch. Artıq iOS əməliyyat sistemini barmağınızı ekrandan çəkmədən idarə edə bilərsiz. Yeni A9 prossessor. Yeni M9 çipi. Yeni Touch ID 2. Yeni 12mpx-lik, 4K videolar çəkə bilən iSight kamera. Yeni 5mpx-lik Face Time kamerası. Ekrana qoymaq üçün "Canlı şəkillər” və s. yeni iPhone-lara məxsus parametrlərdir.
    Telefonların xarakteristikaları:


    Qiymətlər isə dəyişilməz olaraq qalır:


     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər