Elm & Texnologiya arxivi
11003 xəbər, 551 səhifə - 52-ci səhifə
Elm & Texnologiya
Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib
Aparılmış yeni araşdırma çərçivəsində alimlər Antarktikanın ən uzaq bölgələrində mikroplastik hissəciklər aşkar ediblər. Bu da Yer üzündə artıq tam təmiz qalmış heç bir yerin olmadığını göstərir.
Elm & Texnologiya
Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
Astronomlar kosmosdakı radiosiqnalları filtrdən keçirtmək və onların mənbələrini müəyyən etmək üçün xüsusi bir sistem yaradıblar. Alimlər qəfil yaranan və bir neçə saniyə və ya daha az müddətdə yox olan parlaq enerji partlayışlarını araşdırıblar.
Elm & Texnologiya
Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
Planetimiz rəsmi olaraq 2015-ci ildə imzalanmış Paris İqlim Sazişinin (COP) prioritet hədəfi kimi müəyyən edilmiş 1.5 dərəcə Selsi həddini keçib.
Elm & Texnologiya
Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun və Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur.
Elm & Texnologiya
İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
Təkamül - Yer üzərində həyatın müxtəlifliyini formalaşdıran fasiləsiz bir prosesdir. Bu proses təbii seçmə, mutasiyalar və adaptasiyalardan ibarətdir və canlıların dəyişən mühit şərtlərinə uyğunlaşaraq sağ qalmasına və inkişaf etməsinə kömək edir.
Elm & Texnologiya
ABŞ-ın yeni Ay proqramının uğursuz olma riski var
Aerospace Safety Advisory Panel (ASAP) tərəfindən illik hesabat dərc olunub. ASAP 1968-ci ildə NASA rəhbərliyinin və ABŞ Konqresinin məlumatlılığını artırmaq məqsədilə yaradılıb.
Elm & Texnologiya
2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
2024-cü ildə planetin orta illik temperaturu ilk dəfə olaraq sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1.5 dərəcə Selsidən çox artdı. Bu, Sahara səhrasında rekord səviyyədə yağıntılar və daşqınlar, eləcə də bütün dünyada anormal dərəcədə isti yay kimi ekstremal hava hadisələrinə səbəb oldu.
Elm & Texnologiya
Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib
2024 YR4 adlı asteroid ilə bağlı aparılmış yeni müşahidələr onun trayektoriyası haqqında daha çox məlumat toplamağa imkan verib. Əlavə məlumatlar alimləri bu göy cisminin Yer kürəsi ilə birbaşa toqquşması ehtimalını artırmağa vadar edib.
Elm & Texnologiya
Bennu asteroidinin Yer kürəsi ilə potensial toqquşmasının nəticələri açıqlanıb
Bennu asteroidi, dinozavrları məhv edən asteroiddən xeyli kiçikdir. Lakin onun ölçüləri kifayət qədər böyükdür və Yer kürəsinə düşəcəyi təqdirdə iqlim soyumasına və bitki örtüyünün əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Elm & Texnologiya
ABŞ-da yanğınların ekoloji təmiz üsul ilə söndürülməsi təklif edilib
Su, köpük və kimyəvi reagentlər yanğınların söndürülməsi üçün əsas resurslardır, lakin onlar ekoloji baxımdan olduqca zərərlidirlər. ABŞ-dan olan alimlər ekoloji cəhətdən təmiz yanğınsöndürmə texnologiyası təklif ediblər.
Elm & Texnologiya
DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib
DeepSeek süni zəka bazarında, əsasən ABŞ şirkətlərinin üstünlük təşkil etdiyi sahədə böyük sarsıntıya səbəb oldu. Təkcə NVIDIA kimi süni zəka sürətləndiriciləri istehsal edən şirkət bir neçə 100 milyard dollar bazar dəyəri itirdi. CNBC-nin məlumatına görə, bazarın liderləri bu vəziyyətin nəticələri ilə mübarizə aparmağa çalışdığı halda, kiçik istehsalçılar üçün bu hadisə öz miqyaslarını genişləndirmək üçün bir fürsət kimi görünür.
Elm & Texnologiya
İqlim dəyişikliyi əhalinin sıx məskunlaşdığı regionları 2100-cü ilə qədər yararsız...
Qlobal istiləşmə sürətlə planetimizə təsir göstərməyə davam edir. İqlimşünaslar hesab edirlər ki, bu prosesi artıq dayandırmaq mümkün deyil və insanlığın ətraf mühiti dəyişdirmək üçün çox məhdud imkanları var.
Elm & Texnologiya
Təcrübi müalicə üsulu son mərhələdə olmuş böyrək xərçənginin öhdəsindən gələ...
Alimlər üçüncü və dördüncü mərhələdə olan böyrək xərçəngi xəstələri üzərində sınaqdan keçirilmiş təcrübi fərdiləşdirilmiş peyvəndin ilk klinik tədqiqatının nəticələrini təqdim ediblər.
Elm & Texnologiya
Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər
Məlumdur ki, bəzi neyronlar yalnız insanın yediyi qidanı qavramaqla məhdudlaşır - yəni qida ağız, mədə və ya bağırsağa daxil olduqda aktivləşirlər. Lakin Kolumbiya Universitetinin alimləri beyin kötüyündə xüsusi neyronlar aşkar ediblər.
Elm & Texnologiya
Omeqa-3-ün bioloji yaşlanmanı ləngitdiyi məlum olub
Alimlər İsveçrədən olan yaşlı insanların iştirak etdikləri bir təcrübənin nəticələrini təqdim ediblər. Tədqiqat omeqa-3 tərkibli əlavələrin qəbulu ilə bioloji yaşlanmanın həqiqətən də yavaşladığını təsdiqləyib. Bu müsbət dəyişikliklər epigenetik göstəricilər əsasında sübut edilib.
Elm & Texnologiya
Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır
Samsung ilk 6G üzrə ağ sənədini 2020-ci ildə yayımlamışdı və bugün şirkət gələcək rabitə texnologiyalarına doğru atdığı addımlarla bağlı daha çox məlumat paylaşır. Yeni ağ sənəddə qeyd olunur ki, Samsung ən son süni zəka texnologiyalarını telekommunikasiya sisteminə inteqrasiya etməyi hədəfləyir.
Elm & Texnologiya
İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb
ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər.
Elm & Texnologiya
Fotosintezin əsasında kvant mexanikasının dayandığı məlum olub
Günəş enerjisinin effektiv şəkildə kimyəvi enerjiyə çevrilməsi və sonradan saxlanılması mühəndislərin uzun illərdir arzuladığı bir məqsəddir. Təbiət isə bu problemi milyardlarla il əvvəl həll edib. Söhbət, fotosintez prosesindən gedir.
Elm & Texnologiya
Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub
Böyük Britaniyadan olan tədqiqatçılar özünü bərpa edə bilən yeni növ asfalt hazırlayıblar. Bu material mikroçatları cəmi bir saat ərzində öz-özünə aradan qaldıra bilir. Bitum və bitki sporlarından ibarət olan bu asfalt örtüyü yolların təmir xərclərini azaltmağa kömək edə bilər.
Elm & Texnologiya
Zeekr batareyası elektromobil şarj sürəti üzrə yeni dünya rekorduna imza...
Çin elektromobil istehsalçısı olan Zeekr elektromobil şarj sürəti üzrə yeni dünya rekorduna imza atıb. Belə ki, onun Zeekr 7X adlı elektromobilinin 75 kilovat-saat həcmli batareyası 10%-dən 80%-ə qədər enerjini cəmi 9 dəqiqə 45 saniyəyə yığa bilir. Bu inanılmaz sürət 840 kilovat gücündə enerji verə bilən yüksək performanslı şarj stansiyaları sayəsində mümkün olub.