Nəqliyyat arxivi
568 xəbər, 29 səhifə - 18-ci səhifə
Nəqliyyat
Tesla Cybertruck-ın daha kiçik versiyası hazırlanır
Bir neçə il əvvəl Tesla nümayəndələri dəfələrlə bildirmişdilər ki, hazırkı Cybertruck-dan ölçücə kiçik olan elektrikli pikapın istehsalını mümkün hesab edirlər.
Nəqliyyat
Tesla ikinci nəsil Roadster üzərində çalışmağa davam etdiyini xatırladıb
Bu ayın ortalarında Tesla-nın rəhbəri Elon Musk şirkətin xüsusi dizayn mərkəzini yaxınlarda ziyarət etdiyini etiraf edib və ilin sonuna qədər bu, şirkət tarixində "ən möhtəşəm təqdimatın" keçirilməsinə imkan verəcək.
Nəqliyyat
Səudiyyə Ərəbistanında pilotsuz uçuş taksilərinin 12 aylıq testinə start verilir
Səudiyyə Ərəbistanının əsas nəqliyyat qurumu pilotsuz tipli taksilərin uçuş sınaqlarının başladığını açıqlayıb. Sınaq uçuşları Ər-Riyadda keçiriləcək.
Nəqliyyat
Tesla çətin vəziyyətini büdcəli elektromobil ilə aradan qaldırmağa hədəflənib
Tesla markalı elektromobillərin qlobal miqyasda çatdırılma həcmi artıq ardıcıl 2 rübdür ki, azalır. Bu, əvvəllər 3 rüb ardıcıl artım müşahidə olunan Çin bazarına da aiddir. Maliyyə baxımından da ikinci rübün nəticələri Tesla üçün ürəkaçan olmayıb: gəlir 12%, xalis mənfəət isə tam 16% azalıb.
Nəqliyyat
Tesla büdcəli elektromobilinin bir neçə versiyasını hazırlayıb
Tesla rəhbərliyinin şərti olaraq Model 2 adlandırılan ən əlçatan elektromobil modelinin buraxılış perspektivləri ilə bağlı ritorikası artıq bir neçə ildir ki, davam edir və daim dəyişir.
Nəqliyyat
Avropa biznes üçün daxili yanma mühərrikli avtomobillərin alışını qadağan etmək...
Avropa Komissiyası daxili yanma mühərrikli (DYM) avtomobillərə çıxışı məhdudlaşdıracaq yeni bir təşəbbüs üzərində işləyir. 2030-cu ildən etibarən iri biznes subyektlərinə, o cümlədən karşerinqlə məşğul olan xidmətlərə yalnız elektromobil almağa icazə verilə bilər.
Nəqliyyat
Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar
2025-ci ildə böyük avtomobil istehsalçıları ABŞ-da elektromobillərin istehsalı ilə bağlı bir neçə il əvvəl çox ümidverici görünmüş iddialı planlarından kütləvi şəkildə imtina etməyə başladılar.
Nəqliyyat
Xiaomi YU7 rəsmi yürüş məsafəsindən daha az yol qət edir
Xiaomi-nin fəxrlə təqdim etdiyi YU7 elektromobilinin xüsusiyyətlərindən biri də güc qurğusunun yüksək səmərəliliyi idi. Şirkətin təsisçisi bildirib ki, YU7 krossoveri ilə cəmi bir dəfə şarj dayanacağı etməklə təxminən 1300 km yol qət edib.
Nəqliyyat
Bu ilin birinci yarısında bütün dünyada elektromobil satışları 28% yüksəlib
İlin ikinci yarısına daxil olmağımıza baxmayaraq, Rho Motion mütəxəssisləri artıq cari ilin birinci yarısı üzrə elektromobil bazarının nəticələrini açıqlayıblar. Bu müddət ərzində dünya üzrə 9.1 milyon elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 28% artım deməkdir.
Nəqliyyat
Xiaomi hibrid SUV üzərində çalışır
SU7 sedanının uğurlu təqdimatından və yeni YU7 krossoverinə olan yüksək tələbatdan sonra, Xiaomi üçüncü avtomobil modelini hazırlayır - bu dəfə tam elektrikli olmayan bir versiya. Çin sosial şəbəkələrində YU9 kod adı ilə tanınan modelin ilk casus fotoları yayılıb.
Nəqliyyat
Yeni dünya rekordu: Lucid Air Grand Touring bir dəfə şarj...
Lucid Motors şirkətinin elektromobili bir dəfə tam şarj olunmaqla ən uzun məsafə qət edən seriyalı elektrik avtomobili kimi Ginnesin Rekordlar Kitabına düşərək dünya rekordu müəyyənləşdirib.
Nəqliyyat
BYD avtonom parkinq zamanı ola biləcək istənilən zərəri ödəməyə söz...
Çinin avtomobil istehsalçısı və Tesla-nın əsas rəqibi olan BYD, özünün avtonom parketmə sistemi ilə bağlı yaranacaq istənilən ziyanın ödənilməsinə tam hazır olduğunu bəyan edib.
Nəqliyyat
Tesla Robotaxi artıq ilk qəza hadisəsini yaşayıb (VİDEO)
Keçən ayın sonunda Tesla Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərlə taksi xidmətinə başladığını elan etdi. O vaxtdan bəri şirkətə məxsus robotaksilərin qəribə manevrləri və yol hərəkəti qaydalarını pozmaları ilə bağlı məlumatlar yayılmağa başladı.
Nəqliyyat
Norveç ekoloji nəqliyyatın istifadəsinə görə lider ölkə olub
2025-ci ilin iyun ayında ölkədə satılan yeni avtomobillərin təxminən 97%-i elektromobillər olub. Bu nəticə göstərir ki, dövlət dəstəyi və düzgün qurulmuş vergi siyasəti avtomobil bazarını necə dəyişə bilər.
Nəqliyyat
Toyota BYD-nin elektromobil hazırlama sürətindən heyrətə gəlib
Hələ yaxın keçmişdə yeni avtomobilin yaradılması - ilk eskizdən istehsal xəttinə qədər - 4-5 il çəkirdi. Lakin elektromobil dövründə Çin avtomobil istehsalçıları bu qaydaları tamamilə dəyişib.
Nəqliyyat
Tesla Cybertruck-a tələbatın aşağı düşdüyünü təsdiqləyib
Tesla 2025-ci ilin ikinci rübü üzrə çatdırılma göstəricilərini açıqlayıb və bu hesabatda Cybertruck elektrik pikapına olan tələbatın azalmağa davam etdiyini təsdiqləyib. Şirkətin məlumatlarına görə, hazırda Cybertruck-ın rüblük satışı təxminən 5000 ədədə düşüb.
Nəqliyyat
Tesla Robotaxi xidmətinin ilk sınaqlarında çoxlu sayda problemlər yaşanıb
Bir müddət əvvəl Texas ştatının Ostin şəhərində başlanmış Tesla robotaksi xidmətinin ictimai sınaqları avtopilotun kifayət qədər yüksək sayda səhv hərəkətlər etdiyini göstərdi. Bu, sınağa şirkət tərəfindən xüsusi seçilmiş məhdud sayda blogerin cəlb olunmasına baxmayaraq baş verib.
Nəqliyyat
Tesla Robotaxi xidməti artıq ABŞ dövlət orqanının diqqətini öz üzərinə...
ABŞ-ın yol təhlükəsizliyindən cavabdeh olan qurumu - NHTSA ilə Tesla şirkəti arasındakı münasibətləri problemsiz adlandırmaq olmaz və Ostində pilotsuz taksi xidmətinin kommersiya istifadəsinə verilməsi bu problemləri daha da artırıb.
Nəqliyyat
Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib
Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb.
Nəqliyyat
Dönmə siqnalını avtomatik işə salan BMW iX3 elektromobili sərgilənib (VİDEO)
Sıfırdan hazırlanmış Neue Klasse platforması əsasında yaradılmış BMW iX3 elektromobilinin prototipi, The Verge resursu üçün təşkil olunmuş test-yürüşündə özünü ən yaxşı tərəfdən göstərib.