openai arxivi
587 xəbər, 30 səhifə - 9-ci səhifə
Proqram Təminatı
100 minlərlə ChatGPT istifadəçisi hər həftə psixi pozğunluq əlamətləri sərgiləyir
ChatGPT süni intellektlə qarşılıqlı əlaqə üçün universal interfeys hesab olunur və hətta ən introvert istifadəçilər belə onda canlı ünsiyyətə alternativ tapıblar. OpenAI-nin daxili statistikasına görə, ChatGPT-dən həftəlik istifadə edənlərin 100 minlərlə nəfəri psixi pozğunluq əlamətləri göstərir, 1 milyondan çox insan isə intihar barədə düşünür.
Süni İntellekt
OpenAI əməkdaşları şirkətin ümumi süni intellekt əvəzinə ikinci Facebook-u yaradacağından...
OpenAI daxilində şirkətin hansı istiqamətə doğru irəlilədiyi barədə mübahisələr güclənir. Məlumata görə, şirkət daxilində getdikcə daha çox əməkdaş hesab edir ki, şirkət AGI (ümumi süni intellekt) hədəfinə doğru irəliləmək əvəzinə, Facebook kimi bir istiqamətə yönəlmək riski daşıyır.
Süni İntellekt
OpenAI musiqi tərtib edəcək süni intellekt modelini hazırlamağı planlaşdırır
OpenAI musiqi yaradan süni intellekt modellərinin hazırlanmasını sürətləndirmək niyyətindədir. Şirkət bu layihə çərçivəsində ABŞ-ın Juilliard School musiqi məktəbi ilə əməkdaşlıq qurub. Məktəb təlim məlumatları üçün not partituralarının işarələnməsində kömək edəcək.
Təhlükəsizlik
ChatGPT Atlas brauzeri istifadəçilərin şifrələrini sızdıra bilir
Kibertəhlükəsizlik mütəxəssisləri keçən həftənin əvvəlində OpenAI tərəfindən təqdim edilmiş ChatGPT Atlas brauzerini tənqid ediblər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, tətbiq edilən qoruma tədbirlərinə baxmayaraq, brauzer gizli prompt şəklində olan injection hücumlarından qorunmayıb.
Proqram Təminatı
ChatGPT-nin səsli rejimi təkmilləşdiriləcək
OpenAI hazırda ChatGPT-nin səsli rejimini təkmilləşdirmək üzərində çalışır - bu rejim ayrıca tam ekran interfeysi deyil, birbaşa adi çat pəncərəsinin bir hissəsinə çevrilə bilər.
Tech-Biznes
OpenAI Apple Mac üçün süni intellekt köməkçisini hazırlamış şirkəti alıb
OpenAI təbii dil əmrləri vasitəsilə Apple Mac kompüterlərini idarə etməyə imkan verən sistem hazırlayan Software Applications şirkətini aldığını elan edib.
Proqram Təminatı
OpenAI Sora video generatoru üçün olacaq yeniliklərdən danışıb
OpenAI Sora video generatorunun inkişafına rəhbərlik edən Bill Peebles layihənin yaxın perspektivləri haqqında məlumat verib. Yaxın zamanda süni intellekt əsaslı bu xidmətə cameo və montaj funksiyaları əlavə olunacaq, həmçinin Google Android üçün tətbiqin təqdim olunacağı vəd edilib.
Tech-Biznes
Sam Altman-ın strateji mütəxəssisliyi OpenAI-ya 100 milyardlarla dollar dəyərində müqavilələr...
OpenAI rəhbəri Sam Altman özünü bacarıqlı strateji mütəxəssis kimi göstərib. Şirkəti demək olar ki, sonsuz hesablama gücü ilə təmin etmək üçün o, 100 milyardlarla dollar dəyərində bir sıra razılaşmalar təşkil edib və bununla da Silikon Vadisinin nəhənglərini bir-birinə qarşı oynadıb.
Süni İntellekt
Keçmiş OpenAI əməkdaşı ChatGPT-nin bir insanı az qala dəli səviyyəsinə...
Bəzi süni intellekt xidmətlərinin istifadəçiləri üçün müasir çat-botlar faydalı köməkçi rolunu oynayır, digərləri onları sadəcə ünsiyyət üçün yoldaş kimi istifadə edirlər. Lakin Fortune nəşrinin yazdığına görə, bəzi insanların bəxti gətirmir - onlar üçün süni intellekt psixi sağlamlığa təhdidə çevrilir.
Proqram Təminatı
OpenAI ChatGPT Atlas adlı süni intellekt əsaslı brauzerini təqdim edib...
OpenAI daha bir istiqamətdə Google-a rəqib olub - şirkət internetdən istifadə vərdişlərini dəyişdirməyi hədəfləyən süni intellekt əsaslı brauzerini - ChatGPT Atlas-ı rəsmi şəkildə təqdim edib.
Süni İntellekt
OpenAI həmtəsisçisi Andrej Karpathy: "Süni intellekt agentləri ən azı 10...
Ötən həftə iştirak etmiş olduğu bir podkastda OpenAI-nin həmtəsisçilərindən biri olan Andrej Karpathy etiraf edib ki, funksional süni intellekt agentləri təxminən 10 il sonra real şəkildə işləməyə başlayacaqlar.
Süni İntellekt
OpenAI bu il GPT-6 süni intellekt modelini istifadəyə verməyəcək
OpenAI şirkəti ilin sonuna qədər növbəti nəsil süni intellekt modelini - GPT-6-nı - təqdim etməyi planlaşdırmır. Lakin bu, şirkətin yeni böyük dil modellərini təqdim etməyəcəyi demək deyil.
Proqram Təminatı
ChatGPT tətbiqinin gündəlik aktiv istifadəçi sayının artım tempi yavaşlayıb
Mobil tətbiqlər haqqında məlumatlarda ixtisaslaşan analitik şirkət Apptopia, ChatGPT mobil tətbiqinin yüklənmə sayında və gündəlik aktiv istifadəçi sayında (DAU) artımın yavaşladığını bildirib.
Proqram Təminatı
OpenAI-dan Sora 2-də video tərtibatı zamanı manqa və anime ilə...
OpenAI şirkəti bir müddət əvvəl mətn sorğusu əsasında süni intellektlə video yaradan xidməti - Sora-nın yenilənmiş versiyası olan Sora 2-ni təqdim etdi. Bu cür alətlərə maraq həm ictimaiyyət, həm də müəllif hüquqları sahibləri tərəfindən artıb.
Süni İntellekt
Amerikalı general öz işində aktiv şəkildə ChatGPT-dən istifadə edir
Gündəlik həyatda bir çox ChatGPT istifadəçisi çat-botdan elektron məktublar hazırlamaq, mürəkkəb suallara cavab vermək və ya realist təsvirlər yaratmaq üçün istifadə edir.
Tech-Biznes
OpenAI əvəzində heç bir şey təklif etmədən 1 trilyon dollarlıq...
OpenAI startapının fenomeni - artıq süni intellektin hesablama infrastrukturunun inkişafı üçün 1 trilyon dollardan çox vəsait cəlb etməyi planlaşdıran bir şirkətin - investorlar baxımından əsasən təminatsız kapital toplamasındadır.
Süni İntellekt
OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura...
Süni intellekt əsaslı çat-botların, o cümlədən ChatGPT-nin müəyyən hallarda psixoloji cəhətdən həssas istifadəçilərə mənəvi zərər vura bilməsi məlum olduqdan sonra, OpenAI öz xidmətlərinin təhlükəsizliyini artırmaq məsələsini ciddi şəkildə gündəmə gətirdi.
Proqram Təminatı
ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək
OpenAI tezliklə yaşını təsdiqləmiş yetkin ChatGPT istifadəçilərinə süni intellekt əsaslı çat-botla məzmunu həssas xarakter daşıyan yazışmalar aparmağa icazə verəcək. Bu barədə şirkətin rəhbəri Sam Altman məlumat verib.
Tech-Biznes
OpenAI hamıdan sürətlə böyüyür, lakin perspektivlər hələ dumanlıdır
OpenAI-nin inkişafı üçün böyük məbləğdə vəsait cəlb etmək qabiliyyəti strateji investorların süni intellekt sahəsinə yatırımların səmərəliliyinə olan inamlarının artdığını göstərir. Bununla belə, OpenAI ilə bağlı yeni investisiya razılaşmaları bu startapın kapital strukturunu daha da mürəkkəbləşdirir və investorlar üçün maddi gəlir perspektivlərini aydınlaşdırmır.
Tech-Biznes
OpenAI ilə Broadcom arasında strateji əməkdaşlıq imzalanıb
OpenAI və Broadcom ümumi gücü 10 giqavatt olan OpenAI tərəfindən hazırlanmış xüsusi süni intellekt sürətləndiricilərinin yaradılması və mərhələli şəkildə tətbiqi üzrə əməkdaşlıq elan ediblər. OpenAI öz çiplərində qabaqcıl süni intellekt modellərinin yaradılması prosesində əldə etdiyi təcrübə və bilikləri birbaşa aparat səviyyəsində inteqrasiya etməyi planlaşdırır.