Elm & Texnologiya arxivi
11045 xəbər, 553 səhifə - 14-ci səhifə
Elm & Texnologiya
ABŞ-da ağcaqanad ölçüsündə mikro dronlar hazırlanır
ABŞ ordusu ölçüsü ağcaqanadın ölçüsündə olan mikroskopik pilotsuz uçuş aparatları üzərində işləyir. Onların mümkün tətbiq sahələrinə kəşfiyyat, dəqiq zərbələr və bioloji reagentlərin çatdırılması daxildir.
Elm & Texnologiya
Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında...
Google DeepMind xərçəngə qarşı immun sisteminin aktivləşdirilməsi üçün yeni yollar müəyyən edə bilən C2S-Scale 27B adlı süni intellekt modelini təqdim edib.
Elm & Texnologiya
ABŞ-da Steve Jobs-a həsr olunmuş 1$-lıq xatirə sikkəsi buraxılacaq
ABŞ Zərbxanası (valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir) Apple şirkətinin həmtəsisçisi və keçmiş baş direktoru Steve Jobs-a həsr olunmuş 1$-lıq xatirə sikkəsinin dizaynını təqdim edib.
Elm & Texnologiya
Alimlər B2 vitamini əsasında ekoloji batareya yaradıblar
Batareya texnologiyalarının inkişafı müxtəlif istiqamətlərdə aparılır, o cümlədən təbiət və insan üçün təhlükəsiz, bioloji yolla parçalanan batareya komponentlərinin axtarışı istiqamətində.
Elm & Texnologiya
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş...
Yeni astronomik müşahidələr göstərir ki, kainatdakı ilk ulduzlar termonüvə sintezi ilə enerji alan Günəş kimi adi ulduzlardan kəskin şəkildə fərqlənə bilərmiş. Ehtimal olunur ki, bu ulduzlar “superkütləli qaranlıq ulduzlar” olub və onların enerjisi qaranlıq materiyanın annihilyasiyasından yaranıb.
Elm & Texnologiya
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Gənc Yerin səthinə davamlı şəkildə çökmüş kosmik toz həyatın yaranmasında həlledici rol oynamış ola bilər. Son tədqiqat göstərib ki, zülallar və fermentlərin əsas tərkib hissələri olan amin turşuları Günəş sistemində silikat hissəciklərinin tərkibində effektiv şəkildə hərəkət edə bilirlər.
Elm & Texnologiya
Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına...
Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi.
Elm & Texnologiya
Yaradılmış yeni süni əzələ öz çəkisindən 4000 dəfə artıq çəkini...
Ulsan Milli Elm və Texnologiya İnstitutunun (UNIST) tədqiqatçıları eyni anda həm sərt, həm də elastik ola bilən yeni növ süni əzələ növü hazırlayıblar. Onun çəkisi cəmi 1.25 qramdır, lakin öz çəkisindən 4000 dəfə artıq, yəni 5 kq yük qaldıra bilir.
Elm & Texnologiya
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
Texnologiya nəhəngləri kriogen laboratoriyalarda zəif və həssas kvant maşınları yaratmaq üçün milyardlarla dollar investisiya yatırdıqları bir vaxtda, sosial kvant kompüteri konsepsiyası iddia edir ki, biz bu vəzifə üçün artıq ideal avadanlığa sahibik. Söhbət, bir-biri ilə əlaqəli insan beyinlərindən gedir.
Elm & Texnologiya
İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
İtaliyanın Gevi Wind şirkəti külək turbinlərinin pərlərinin hücum bucağını tənzimləyən süni intellekt sistemi hazırlayıb. Süni intellekt pərlərin bucağını hər bir neçə millisaniyədən bir tənzimləyir, bunun üçün yalnız küləyin istiqaməti və gücü haqqında deyil, həm də qonşu pərlərin yaratdıqları turbulentlik barədə məlumat alır.
Elm & Texnologiya
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA agentliyi artıq yarım əsrdən çoxdur ki, 1972-ci ildə “Apollo-17” missiyasının astronavtları tərəfindən Ay səthindən gətirilmiş torpaq nümunələrini qoruyur. Bu nümunələr hava keçirməyən konteynerlərdə saxlanılırdı və alimlərin onları hərtərəfli araşdırmaq üçün daha müasir alətlərə sahib olacağı gün gözlənilirdi.
Elm & Texnologiya
SpaceX Starship-in 11-ci sınaq uçuşu uğurlu şəkildə keçib (VİDEO)
Bugün SpaceX şirkətinin Starship raketi Cənubi Texasdakı Starbase kosmodromundan buraxılıb. Bu, raketin 11-ci suborbital sınaq uçuşu olub və eyni zamanda ikinci versiyanın son buraxılışı kimi tarixə düşüb.
Elm & Texnologiya
Çində donuz qaraciyərini əldə etmiş şəxs yarım ildən sonra vəfat...
Ksenotransplantasiya (heyvandan insana orqan köçürülməsi) 2024-cü ilin yazında həyata keçirilib və əməliyyatdan sonra donor orqanının yaxşı uyğunlaşması müşahidə olunub. Lakin təxminən 1 aydan sonra qəfil problemlər başlayıb və yarım ildən sonra xəstə mədə-bağırsaq sistemində qanaxma səbəbindən dünyasını dəyişib.
Elm & Texnologiya
Saturnun peyki Mimas səthaltı okeana sahib ola bilər
Astronomlar hələ də israr edirlər ki, Saturnun peyki olan Mimasın buzla örtülü səthinin altında maye sudan ibarət okean gizlənə bilər. Aparılmış tədqiqatın nəticələrinə görə, bu okean nisbətən yaxın zamanda yaranıb.
Elm & Texnologiya
Çin şirkəti gövdəsi suya və toza davamlı ilk insanabənzər robotu...
Çinin Deep Robotics şirkəti DR02 adlı insanabənzər robotunu təqdim edib - bu robot çətin sənaye və açıq hava şəraitində fasiləsiz tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Onun konstruksiyası IP66 standartına uyğun suya və toza qarşı qoruma ilə seçilir, həmçinin geniş temperatur diapazonunda işləmək qabiliyyətinə malikdir.
Elm & Texnologiya
İnsanabənzər Figure 03 robotu təqdim edilib - QİYMƏTİ
Figure şirkəti insanabənzər robotunun üçüncü nəsil modelini - Figure 03-ü təqdim edib. Bu model tamamilə yenidən işlənib və “görmə - dil - hərəkət” (Vision - Language - Action, VLA) inteqrasiyası əsasında qurulub.
Elm & Texnologiya
31 işıq ili uzaqlığındakı qalaktikada uzunluğu 20 000 işıq ili...
Astronomlar NGC 3627 qalaktikasında çox uzun, lakin eyni zamanda olduqca dar bir inversiya izi aşkar ediblər. Alimlərin fikrincə, bu izi həmin qalaktikanın içindən sürətlə keçmiş nəhəng bir qara dəlik buraxmış ola bilər.
Elm & Texnologiya
Günəş sistemindəki üçüncü ulduzlararası obyektdən saniyədə 40 kq su ayrılır
Alimlər müəyyən ediblər ki, Günəş sistemində aşkar edilmiş ən böyük ulduzlararası obyekt qeyri-adi xüsusiyyətlərə malikdir. Astronomların artıq bir neçə aydır müşahidə etdiyi ulduzlararası 3I/ATLAS kometası davranışı ilə elm adamlarını təəccübləndirir.
Elm & Texnologiya
Ürəyin təbii bərpası preparatının ilk klinik testlərinə start verilib
ABŞ-dan olan alimlər ürəyin təbii mexanizmləri vasitəsilə bərpasını təmin edən təcrübi AD-NP1 preparatının klinik sınaqlarının birinci mərhələsinə başlanıldığını bildiriblər.
Elm & Texnologiya
Çin dünyanın ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzini işə...
Dünyada ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzi (MEM) Cənubi Çin dənizində yerləşən tropik Hainan adasında fəaliyyətə başlayıb. Burada ölkənin ən böyük rüsumsuz ticarət sınaq zonası yerləşir.