Tech-Biznes arxivi
582 xəbər, 30 səhifə - 25-ci səhifə
Tech-Biznes
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
Apple əməkdaşlarından biri şirkəti məhkəməyə verib. Şirkəti məhkəməyə vermiş əməkdaşın sözlərinə əsasən Apple öz əməkdaşlarını təkcə iş zamanı deyil, şirkətdən kənarda da izləyir.
Tech-Biznes
Intel-in CEO-su Patrick Gelsinger istefaya göndərilib
Intel-in qlobal problemlərinin fonunda şirkət daxilində ciddi kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin CEO-su və direktorlar şurasının üzvü olmuş Patrick Gelsinger istefaya göndərilib.
Tech-Biznes
Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib
İnternetdə ənənəvi axtarış üsulu artıq yaşlı nəslin istifadə etdiyi bir özəlliyə çevrilir. Bu isə öz növbəsində Google şirkətinin əsas biznesinə böyük təhlükə yaradır. Şirkət veb axtarış və onunla birlikdə rəqəmsal reklam sahəsindəki dominant mövqeyini itirmə riski ilə qarşı-qarşıya durur.
Tech-Biznes
Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır. Bloomberg saytının təqdim etmiş olduğu yeni məlumata əsasən isə Qualcomm bu cür plandan imtina edib.
Tech-Biznes
Amazon şirkəti Anthropic startapına əlavə investisiya yatırıb
Amazon şirkəti süni zəka sahəsində fəaliyyət göstərən Anthropic startapına investisiyasını genişləndirib.
Tech-Biznes
Google-dan Chrome brauzerinin satılması tələb ediləcək
ABŞ Ədliyyə Nazirliyi, Google şirkətinə qarşı qaldırılmış antimonopoliya məhkəmə ittihamının məhkəmə prosesini icra edən hakim Amit Mehta-ya sabah müraciət edəcək. Öz müraciətində nazirlik hakimdən şirkətin öz Chrome brauzerini satmasına istiqamətlənmiş qərarı verməsini tələb edəcək.
Tech-Biznes
Elon Musk, OpenAI şirkətinə qarşı yeni məhkəmə iddiası qaldırıb
Elon Musk bu ilin mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi.
Tech-Biznes
Meta şirkəti Avropa Komissiyası tərəfindən yüksək məbləğdə cərimələnib
Avropa Komissiyası Meta şirkətini Avropa Birliyinin antimonopoliya qaydalarını pozması səbəbilə 797.72 milyon avro (840 milyon dollar) həcmində cərimələyib.
Tech-Biznes
Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antimonopoliya mövzusunda qaldırılmış məhkəmə iddiası səbəbilə məhkəmə qarşısına çıxmalı olacaq.
Tech-Biznes
Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
Pixelmator tətbiqi fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərdən biridir. O, Photoshop-un alternativ variantı kimi istifadə edilir.
Tech-Biznes
Elon Musk qeyri-leqal çalışmada şübhəli bilinir
The Washington Post-un vermiş olduğu məlumata əsasən Elon Musk zamanında Kaliforniya ştatında aspirantura proqramından imtina edəndən sonra müəyyən müddət ərzində qeyri-leqal şəkildə çalışıb.
Tech-Biznes
Donald Trump-ın şirkətinin bazar dəyəri X-in (keçmiş Twitter) bazar dəyərindən...
Donald Trump-ın Truth Social adlı sosial şəbəkəsinə sahib Trump Media & Technology Group (TMTG) media holdinqinin səhmlərinin dəyəri ABŞ-da gələn ay baş tutacaq prezident seçkilərinin fonunda anidən yüksəlib.
Tech-Biznes
Apple, iPhone 16 istehsalını 10 milyon azaldıb!
Görünür odur ki, Apple, iPhone 16 seriyasında istədiyi tələbi görməkdə çətinlik çəkir. Apple analitiki Ming-Chi Kuo-ya görə, şirkət iPhone 16 istehsalını 10 milyon ədəd azaldıb.
Tech-Biznes
Avropa Birliyi Elon Musk-ı böyük məbləğdə cərimələyə bilər
Bu ilin iyul ayında Avropa Komissiyası, X (keçmiş Twitter) sosial şəbəkəsinin rəhbərliyinə və ən əsas da onun sahibi olan Elon Musk-a xəbərdarlıq verdi ki, rəqəmsal xidmətlər üzrə qanunun (Digital Service Act / DSA) tələblərini yerinə yetirmək üçün addımlar atılmalıdır.
Tech-Biznes
ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
Avqust ayında ABŞ-ın federal hakimi Amit Mehta, Google şirkətinin monopolist olduğunu təyin etmişdi. Nəticədə ABŞ Ədliyyə Nazirliyi şirkətin qanunsuz davranışının aradan qaldırılmasına və həmçinin axtarış sistemləri bazarında rəqabətin bərpasına istiqamətlənmiş təklifləri formalaşdırmağa başladı.
Tech-Biznes
NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
NVIDIA 1 il ərzində öz bazar dəyərini 3 dəfə yüksəldərək dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevrildi.
Tech-Biznes
OpenAI 6.6 milyard dollar investisiya əldə edib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti 6.6 milyard dollar həcmində yeni investisiyanı əldə edib. Nəticədə şirkətin bazar dəyəri 157 milyard dollara yüksəlib.
Tech-Biznes
X-in (keçmiş Twitter) dəyəri 78% aşağı düşüb
Daha öncə Twitter kimi tanınmış X sosial şəbəkəsi 2022-ci ildə Elon Musk tərəfindən 44 milyard dollara alınmışdı.
Tech-Biznes
Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər.
Tech-Biznes
Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon...
Bain adlı investisiya şirkətinin nümayəndələri hesab edirlər ki, süni zəka sistemləri ilə əlaqəli olan proqram və aparat təminatı bazarı illik ortalama 40-55% böyüyəcək.