Elm & Texnologiya arxivi
11012 xəbər, 551 səhifə - 38-ci səhifə
Elm & Texnologiya
Alimlər ya bilinən ən kiçik qalaktikanı ya da qalaktikamızdakı ən...
Alimlər kosmosu müşahidə edərkən əvvəllər məlum olmayan bir obyekt aşkar ediblər və ona UMa3/U1 adı verilib. Bu, ya məlum olan qalaktikalar arasında ən kiçiyi, ya da Süd Yolu qalaktikamızdakı ən qədim ulduz topası ola bilər.
Elm & Texnologiya
Çin polisi insanabənzər robotu xidmətə cəlb edib
Çinin Şençjen şəhərində polis ilk dəfə olaraq ictimai yerlərdə patrul xidməti aparmaq, itkin düşmüş uşaqları axtarmaq və turistlərə yardım göstərmək məqsədilə humanoid (insanabənzər) robota müraciət edib.
Elm & Texnologiya
ABŞ-ın raketdən müdafiə sistemi layihəsi “Qızıl Günbəz”in hansı qiymətə başa...
ABŞ Konqresinin Büdcə İdarəsi, prezident Donald Trump tərəfindən irəli sürülmüş və “Qızıl Günbəz” adı ilə tanınan kosmosda yerləşdirilmiş raketdən müdafiə sistemi layihəsinin həyata keçirilmə xərclərinə dair ilk müstəqil qiymətləndirməni açıqlayıb.
Elm & Texnologiya
Kvant dünyası ilə Eynşteyn qanunlarını birləşdirməyin potensial üsulu tapılıb
Alimlər elementar zərrəciklər fizikasının Standart modeli ilə uyğun gələn şəkildə cazibə qüvvəsini izah edən yeni kvant cazibə nəzəriyyəsi yaradıblar. Bu, kainatın necə başladığını daha yaxşı anlamağa yol açır.
Elm & Texnologiya
Çində dronlar vasitəsilə hava şəraitinin dəyişdirilməsi təcrübəsi keçirilib
Çinli alimlər quraqlıqla mübarizə aparmaq məqsədilə Sincanda hava şəraitinə nəzarətlə bağlı təcrübə keçiriblər. İki dron və 1 kq gümüş yodiddən istifadə etməklə 8000 km²-lik ərazidə yağıntı miqdarını 4%-dən çox artırmağa nail olublar.
Elm & Texnologiya
Dayson sferası perspektivsiz fantastika ola bilər
Kardaşev şkalasının əsasında enerji anlayışı - tərəqqinin hərəkətverici qüvvəsi kimi - dayanır. Məsələn, II tip sivilizasiya texniki cəhətdən o qədər inkişaf etmiş olmalıdır ki, öz ulduzunun enerjisini istifadə edə bilsin.
Elm & Texnologiya
Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar
Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır.
Elm & Texnologiya
Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə gözlənilməz bir kəşf ediblər. Onlar, Böyük partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş 3 çox qəribə qalaktika aşkar ediblər.
Elm & Texnologiya
SpaceX-in Starbase bazası rəsmi şəkildə şəhərə çevriləcək
Texasın cənubunda yeni bir şəhər - Starbase yaradılacaq. Keçən həftəsonu Boka-Çika bölgəsinin sakinləri, SpaceX şirkətinin Starbase bazasının yerləşdiyi ərazidə yeni bir bələdiyyənin qurulması üçün səs veriblər.
Elm & Texnologiya
James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib
James Webb kosmik teleskopunun sensorlarının həssaslığı -198.15 dərəcə Selsiyə qədər temperaturu olan çox soyuq kosmik obyektləri aşkar etmək üçün kifayət etməlidir.
Elm & Texnologiya
Donald Trump NASA-nın "Artemis" Ay proqramını bağlamağı təklif edib
Keçən həftənin cümə günü Ağ Ev 2026-cı il üçün kosmik sahəyə dair tövsiyə olunan büdcənin qısaldılmış versiyasını yayımlayıb. Sənəd Senatın Ayırmalar Komitəsinə təqdim olunub və məsul şəxs tərəfindən imzalanıb.
Elm & Texnologiya
15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib.
Elm & Texnologiya
ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
ABŞ ordusu ənənəvi zirehli texnikanı əvəz edəcək pilotsuz uçuş aparatlarının (PUA) geniş şəkildə tətbiqinə yönəlmiş genişmiqyaslı modernizasiya proqramına başlayıb.
Elm & Texnologiya
Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir
Ən parlaq işıq mənbələri əslində özləri işıq yarada bilməyən obyektlər tərəfindən meydana gəlir. Bu qəribə səslənsə də, kainatdakı ən parlaq işığı qara dəliklər yaradırlar. Daha dəqiq desək, qara dəliklərin ətrafında yerləşən sahələr kainatın ən parlaq işıq mənbələridir. Bu sahələr o qədər parlaq ola bilər ki, yerləşdikləri qalaktikadakı bütün ulduzların işığını belə kölgədə qoyurlar.
Elm & Texnologiya
İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil
Plastikdən yaranan mikroskopik hissəciklər təkcə insanlar üçün deyil, Yer üzündəki bütün canlılar və ümumilikdə planet üçün getdikcə daha böyük problemə çevrilir. Planetin bir çox insanı da bu xırda və təhlükəli hissəciklərlə çirklənib və təmizləyici qurğulardakı texnoloji nailiyyətlər belə bu problemi həll edə bilmir.
Elm & Texnologiya
Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır
Astronomlar bizdən 6.9 milyard işıq ili uzaqlıqda yerləşən, qalaktikalardan ibarət olan və forması halqanı xatırladan nəhəng bir obyekt kəşf ediblər. Bu halqanın diametri təxminən 1.3 milyard işıq ili təşkil edir.
Elm & Texnologiya
Ölüm anında beynin aktivliyi müşahidə edilib
İnsanlar ölümə dair yaşadıqları təcrübələri danışmağa başladıqdan bəri, “həyatın göz önündən keçməsi” ideyası alimlərin diqqətini cəlb edib. Lakin bu fikir uzun müddət yalnız nəzəriyyə səviyyəsində qalmışdı.
Elm & Texnologiya
Juno kosmik zondu Yupiter və onun peyki İo haqqında yeni...
Bir neçə gün əvvəl Vyanada keçirilmiş Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasında (European Geosciences Union General Assembly) NASA-nın alimlər qrupu Yupiter və onun vulkanik peyki İo haqqında son məlumatları bölüşüb.
Elm & Texnologiya
İldə neçə günümüzü internetdə keçirdiyimiz açıqlanıb
İnternet asılılığı cəmiyyətdə alimlərin rəyinə ehtiyac olmadan da aydın görünür. Sadəcə metroya enib ətrafa baxmaq kifayətdir - orada hər ikinci şəxs, hətta bəlkə də əksəriyyət, başını telefona salıb oturur.
Elm & Texnologiya
İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb
Atom elektrik stansiyalarının reaktorları soyutma sisteminin fasiləsiz işləməsini tələb edir, əks halda həddindən artıq qızma və divarlarının əriməsi baş verə bilər - məhz bu, 1986-cı ildə Çernobıl AES-də baş vermişdi.