texnoloji xeberler arxivi
354 xəbər, 18 səhifə - 4-ci səhifə
Elm & Texnologiya
Çin özünün yeni növ süni intellekt çiplərini yaratmağa cəhd edəcək
Çin hökumətinin baş məsləhətçisi, Tsinxua Universitetinin professoru Wei Shaojun Sinqapurda keçirilən forumda çıxış edərək bildirib ki, Asiya ölkələri, o cümlədən Çin, hazırda bütün dünyada süni intellekt platformalarının öyrədilməsi üçün istifadə olunan universal qrafik prosessorlardan asılılığı azaltmalıdırlar.
Elm & Texnologiya
R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)
Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir.
Elm & Texnologiya
Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir
Dünən SpaceX rabitə operatoru EchoStar-dan 50 MHz diapazonunda naqilsiz rabitə tezliklərini 17 milyard dollara aldı və kosmik operatorun rəhbəri Elon Musk bu resursun necə istifadə olunacağı barədə ənənəvi şəkildə cəsarətli bəyanatlar verdi.
Elm & Texnologiya
ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum...
ABŞ-da Nümayəndələr Palatasında keçirilən dinləmələrdə maraqlı bir video nümayiş etdirilib. Videoda ABŞ istehsalı olan Hellfire raketinin dəniz üzərindəki bilinməyən obyektə zərbə endirdiyi, lakin onu məhv etmədiyi göstərilir.
Elm & Texnologiya
Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb.
Elm & Texnologiya
Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub
Datacenter Dynamics-in məlumatına görə, Microsoft şirkəti nüvə energetikasının inkişafı ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - Londonda yerləşən Ümumdünya Nüvə Assosiasiyasına (WNA) qoşulub.
Elm & Texnologiya
Google açıq internetin sürətli tənəzzülünü etiraf edib
Google şirkəti ötən həftə ABŞ-da gedən məhkəmə prosesi çərçivəsində açıq internetin “sürətli tənəzzülünü” etiraf edib. Şirkət bildirib ki, hakimiyyətin tələb etdiyi reklam biznesinin məcburi bölünməsi bu prosesi yalnız sürətləndirəcək və gəlirini reklamlardan əldə edən nəşriyyatçılara zərər vuracaq.
Elm & Texnologiya
13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura...
13 yaşadək smartfona sahib olmaq gələcəkdə psixi sağlamlıq üçün ciddi risklərlə əlaqələndirilir. Bu nəticəyə Sapien Labs tədqiqatçıları dünyanın müxtəlif yerlərindən 100 000-dən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Elm & Texnologiya
İnsanabənzər Figure 02 robotu boşqab yumağı öyrənib (VİDEO)
Figure startapı özünün Vision Language Action (VLA) modeli olan Helix AI-ni yeniləyib və bunun sayəsində humanoid (insanabənzər) robot Figure 02 yeni bir məişət bacarığı əldə edib.
Elm & Texnologiya
Yeni nəsil Tesla Optimus robotu görüntülənib
Salesforce və Tesla rəhbərlərinin son görüşü zamanı onların diqqətini yeni nəsil humanoid (insanabənzər) robot Optimus-un prototipi çəkib.
Elm & Texnologiya
İnsanın ürək döyüntülərinin tezliyini Wi-Fi siqnalı vasitəsilə ölçən sistem hazırlanıb
Santa Klara Kaliforniya Universitetinin gənc tədqiqatçılar qrupu informatika və hesablama texnikası professoru Katia Obraczka-nın rəhbərliyi altında Pulse-Fi adlı sistem hazırlayıb.
Elm & Texnologiya
Kanadadan olan 2 şəxsə Nauralink-in beyin çipi implantasiya edilib
ABŞ-ın şimal qonşusu xarici klinik sınaqlar proqramı çərçivəsində Neuralink beyin implantlarının yerləşdirildiyi ilk ölkə olub. Toronto şəhərindəki universitet xəstəxanalarından birində iki könüllü onurğa zədəsi səbəbindən bədən hissələrinin iflicindən əziyyət çəkirdi.
Elm & Texnologiya
Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar
Yaponiyadan olan bir qrup biomühəndis bağırsaq çöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilen-tereftalatın (PET) alternativini istehsal edə bilirlər.
Elm & Texnologiya
OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək
OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib.
Elm & Texnologiya
Amazon-un Project Kuiper peyk interneti qoşulma sürətinə görə Starlink-i geridə...
Amazon özünün peyk internet sistemi olan Project Kuiper üzrə uğurlu sınaqlar keçirib və bu sınaqlar zamanı rekord məlumat yükləmə sürətinə nail olunub.
Elm & Texnologiya
Kvant kompüterləri hələ hazır olmadıqları halda onların proqram təminatları üçün...
Onilliklər ərzində kvant hesablamaları sahəsində tərtibatçıların səyləri əsasən aparat təminatının yaradılmasına yönəlmişdi. Bu istiqamətdə müəyyən irəliləyiş əldə edildikdən sonra isə diqqət belə sistemlərin işləməsi üçün lazım olan proqram təminatına yönəldi.
Elm & Texnologiya
Robotlar Çinə bütün dünyanı böyük miqdarda ucuz məhsullarla təmin etməyə...
Çin robot istehsalçıları yerli müəssisələrə daha çox məhsulu daha aşağı qiymətlərlə istehsal etmək imkanı verən əsas hərəkətverici qüvvəyə çevriliblər - nəticədə ölkə dünya ixracındakı payını, o cümlədən əmək tutumlu istehsal sahəsində artırıb.
Elm & Texnologiya
6G-nin hazırlanması üzrə aktiv işə start verilib
Yeni rabitə standartlarını hazırlayan şirkətlərin assosiasiyası 3GPP avqustun 25-dən 29-dək Hindistanın Banqalor şəhərində 6G RAN (Radio Access Network) üzrə işçi qrupunun ilk iclasını keçirib.
Elm & Texnologiya
Exynos 2600 prosessoru yeni Geekbench testlərində flaqman nəticələr sərgiləyib
Görünür, Samsung şirkəti 2 nanometrlik texnoloji prosesi sonunda mənimsəyə bilib. Qeyd etmək lazımdır ki, şirkət hal-hazırda bu texnoloji proses əsasında Exynos 2600 prosessoru üzərində çalışır.
Elm & Texnologiya
Tesla süni intellekt və Optimus robotuna istiqamətlənmiş yeni inkişaf planını...
Tesla “Baş plan. Hissə 4” sənədini dərc edib. Burada əsas diqqət süni intellektə, pilotsuz avtomobillərə və Optimus robotuna yönəlib. Məqsəd isə texnologiyaların cəmiyyətin real problemlərini həll və insanların həyatını daha təhlükəsiz və rahat etdiyi “dayanıqlı bolluq” dünyası yaratmaqdır.